Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Hüseyn Qəhrəmanov
  • Yeni həşəratla tanışlıq
    Hüseyn Qəhrəmanov
  • 302 Baxış
  • 01.10.2024
  • 2 dəq oxuma

Yeni həşəratla tanışlıq

Qadınlar da bizim həşəratın həssaslığına malikdir. Onlar da bir toxunuşla qırıla, dağıla, parçalana bilirlər. Ona görə qadınlarla daha həsas davranmaq gərəklidir.

Yeni həşəratla tanışlıq

Əsgərlik günlərimdən birində sıradan bir gün keçirdi. Hər zamankı kimi səhər yeməyi yemiş, dərslər keçmiş, günorta yeməyi və sonra yenə dərslər olmuş, ardınca saat 5-də idman vaztı gəlib çatmışdı. İdman edərkən maraqlı bir şey gördüm. Qaçırdıq. Üzərimdə bura gəldiyimdən bəri yeni tanış olduğum bəyaz, üstü qara xallı (ya da qara, üstü bəyaz xallı; tam xatırlamadım) həşərat var idi. Bu həşərat ağaclarımızın üzərində olur. Altında olan kimi üzərimizə dolur, biz də təmizləməyə məcbur oluruq. Necəsə olub, bu balacalardan biri mənim üzərimdə qalaraq mənimlə idmana gedib. Görünür, həmin həşəratların arasında ən kökü bu olub. İdmanla arıqlamaq istəyib. Bu arada təsəvvür edə biləsiz deyə qeyd edim: milçəyə bənzər bir həşəratdır.

Üzərimdə görən kimi təmizləmək üçün bu həşəratı ehmalca barmağımıa itələdim və buna peşman oldum. Toxunan kimi həşərat parça-parça olub töküldü. Bu qədər həssas canlı. Bu həssaslıq mənə hardansa tanışdır. Düşünürəm, düşünürəm, amma yaxşı şəkildə ifadə etməyi bacarmıram. 

Həssaslıq Tanrının insana verdiyi ən gözəl xüsusiyyət, xarakterdir. Məncə, həssaslıq mərhəmətin təməlidir. Həmçinin, ədalət üçün də qismən həssaslıq gərəklidir. Həssaslığın insan xarakteri olması mənə onu təsvir etmək üçün lazımi sözü xatırlatdı. Qadın.

Qadınlar da bizim həşəratın həssaslığına malikdir. Onlar da bir toxunuşla qırıla, dağıla, parçalana bilirlər. Mütləq gərəkmir ki, fiziki parçalanma yaşasınlar (həmin həşərat kimi). Gözlə görülməyən, mənəvi parçalanma yaşayırlar. Ona görə qadınlarla daha həsas davranmaq gərəklidir. Biz kişilər, gəlin qadınlarımızla gözəl davranaq. Gəlin, xanımlarımızla həssas davranaq. Gəlin, çiçəklərimizlə çiçəyə yaraşacaq dərəcədə gözəl, nəzakətli davranaq. Gəlin, gülümüzə Balaca şəhzadə kimi davranaq.

Yoxsa dünyanın gözəlləşməsimi gözləyə bilmərik...

Son.

 

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

Digər məqalələr

Döyüldüm

Döyüldüm

  • 110 Baxış
  • 18.03.2025
  • 8 dəq oxuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Hər kəs
Daha çox
Ağsaqqal

Ağsaqqal

  • 164 Baxış
  • 22.02.2025
  • 9 dəq oxuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.