Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Hüseyn Qəhrəmanov
  • Sıra
    Hüseyn Qəhrəmanov
  • 229 Baxış
  • 20.09.2024
  • 3 dəq oxuma

Sıra

1.Zaman 2.Sağlamlıq 3.Hörmət 4.Sevgi 5.Pul

Sıra

     Sinifin önündə durub 17-18 yaşlı uşaqlara ən əhəmiyyətli sıralamanı öyrətmək istəyirdi. Sual verərək mövzuya başlamaq adəti idi:

-Gənclər, sizcə insanda ən dəyərli şey nədir?! – cavab gözləmədən söhbətinə davam etdi, - Gəlin, sizə dostumun mənə öyrətmiş olduğu şeyi danışım. Kim milyonçu olmaq istəyir? 

Uşaqların hamısı (2 nəfərdən başqa) əlini qaldırdı. Müəllim əlavə bir sual da verdi: 

-    Yaxşı, bəs sizə desəm ki, milyonçu olacaqsınız, ancaq bir günlük ömrünüz qalacaq. Sabah səhər öləcəksiniz. Yenə də milyonçu olmaq istəyən var? – uşaqlardan heç biri əlini qaldırmadı. 

Gözlədiyi reaksiyanı alan müəllim qaldığı yerdən davam etdi:

-    Sizlər də dərk edirsiniz ki, puldan daha dəyərli olan şey zamandır. Zamanınızın qədrini bilin. Üç saiyənin də böyük hökmü var. 

Lövhəyə yazdı:

“Ən dəyərlilər sırası”

1.    “Zaman”

-    Yoldaşlar, bəs hansınız əbədi, ancaq yataq xəstəsi olaraq yaşamaq istəyirsiniz? – yenə də uşaqlardan səs çıxmadığını görən müəllim sözünə davam etdi, - deməli, sağlamlıq da böyük əhəmiyyət daşıyır. 

Lövhədə qeydiyyat apardı:

1.    “Zaman

2.    Sağlamlıq” 

-    Bəs hansınız istəyir ki, həyatda hər şeyi olsun, ancaq hörməti olmasın?! Heç bir dostunuz olmayacaq, sizi heç bir yerə qəbul etməyəcəklər. İstəyən var? 

Uşaqların səssizliyi müəllimin gözləntisini doğrultdu. Lövhəyə üçüncü variantı da əlavə edib danışmağa başladı.

1.    “Zaman

2.    Sağlamlıq 

3.    Hörmət”

-    Ən vacib şeylərdən biri də sevgidir, gənclər. Siz hələ tam dərk etmirsiniz, ancaq bir gün hiss edəcəksiniz ki, sevgi mütləqdir. 

1.    “Zaman

2.    Sağlamlıq

3.    Hörmət

4.    Sevgi”

-    Və həyatın olmzsa, olmazı nədir? Təbii ki, pul. Bu qədər söhbətdən sonra təəssü ki, bunu deməliyəm. Pul, yəni maddiyyat çox şeydir. Soruşsam ki, kim ömrünün axırına kimi kasıb, dilənçi kimi yaşamaq istəyir, yenə heç kəs əlini qaldırmayacaq. 

1.    “Zaman

2.    Sağlamlıq

3.    Hörmət

4.    Sevgi

5.    Pul”

-    Ən dəyərli sıra budur. Bütün bunlardan dəyərli olan isə yaşamaqdır. İnsan kimi yaşamaq. Dərs bitmişdir, çıxa bilərsiniz. Daha çox zamanınızı almayım.

 

                                                                                                                                                              Son

 

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn  

Digər məqalələr

Döyüldüm

Döyüldüm

  • 110 Baxış
  • 18.03.2025
  • 8 dəq oxuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Hər kəs
Daha çox
Ağsaqqal

Ağsaqqal

  • 165 Baxış
  • 22.02.2025
  • 9 dəq oxuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.