Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Hüseyn Qəhrəmanov
  • Kişilər nə istəyir?
    Hüseyn Qəhrəmanov
  • 347 Baxış
  • 25.04.2024
  • 5 dəq oxuma

Kişilər nə istəyir?

Qadın? Pul? Eşq? Ailə? Nəsil? Şöhrət? Dominantlıq? Biz kişilər nə istəyirik? Görəsən, bu sualın düzgün cavabını elə bizim özümüz bilirik? Yoxsa qadınları özümüzün cavab tapa bilmədiyi suallara məhkum etmişik?

Kişilər nə istəyir?

Qadın? Pul? Eşq? Ailə? Nəsil? Şöhrət? Dominantlıq? Biz kişilər nə istəyirik? Görəsən, bu sualın düzgün cavabını elə bizim özümüz bilirik? Yoxsa qadınları özümüzün cavab tapa bilmədiyi suallara məhkum etmişik?

        Bu roman deyil, hekayə deyil, təhkiyə deyil. Bu məqalədir və təcrübəmin məndə buraxdığı izi sizə ötürmək istəyirəm. Ən əsası isə bu mövzu ilə bağlı mən də bir neçə cümlə demək istəyirəm.

        Bu suala cavab vermək istəmirəm. Kişilərin nümayəndəsi olmağım bəs etmir ki, mən bu sualın tam dəqiq cavabını bilim. Ancaq diqqətimi çəkən məqam var!

        Deyəsən, kişilər gözləmədikləri şeyi istəyirlər.

        Onların marağında olan məsələlər təbii ki, göz önündə olur və rahatlıqla başa düşmək olur ki, həmin şeyi istəyirlər. Bəs maraq etmədiklərini necə?! Məsələn, mənim iltifat eşitmək kimi bir marağım yoxdur. Ömrüm boyu da kimsədən bunu gözləməmişəm. Maraqlıdır, gözləmədiyim halda istədiyim şey iltifat eşitmək ola bilər?

        Universitetin dördüncü kursunda oxuyanda magistratura imtahanı üçün hazırlığa (məşğələ dərsləri) gedirdim. Qruplarımızda onlarla tələbə olurdu. Məntiq dərsində azı 40 nəfər tələbə iştirak edirdi bəlkə də. Yəni bu dərslər vasitəsilə geniş dost əhatəmiz yaranmışdı. Onların arasından bəziləri xüsusilə seçilirdi və bu gün belə (magistr təhsilimi bitirirəm) münasibətdə olduğum Elnur adında bir dost qazandım. Lakin bir qız onların arasından xüsusilə seçilirdi. Çünki heç vaxt unutmayacağım bir davranış göstərmişdi. O qızın adı Nuranə idi və bir gün...

        Mən məşğələlərə dərsdən çıxıb gedirdim, buna görə də Dəniz Akademiyasının formasında olurdum. Lakin bir dəfə evdən gedəsi oldum. Bu zaman forma deyil də, kostyum geyindim (kostyum ən sevdiyim geyimdir, əgər əlimdə fürsət olsa, yatanda da kostyumla yataram). Dərs otağına demək olar ki, hər kəs yığılmışdı. Nuranədən başqa. Onun da gəlməsini gözləyərkən söhbətləşir, deyib-gülürdük. Ani şəkiıldə Nuranə içəri girdi. Hər kəslə salamlaşmağa başlayıb mənə döndü və kostyumumu görüb dedi: 

      - Aa Hüseyn, nə yaraşıqlısan belə?

Təəccüb etdim. Gözlərim mənim icazəm olmadan kostyuma doğru nəzər saldı. Gülümsədim. “Çox sağ ol” deyib susdum. Təvazökarlıqdan uzaq olsa da, sinifin ən əyləncəlisi, ən güldürəni mən idim. Lakin bu andan sonra ağzımı belə açıb danışmaq isstəmirdim. Çünki mən ağlamaq istəyirdim. İlk dəfə idi ki, bir qızdan iltifat eşidirdim. İlk dəfə biri yaraşıqlı olduğumu demişdi mənə. İyirmi bir yaşlarında bir gənc ömründə ilk dəfə bu duyğunu dadmışdı. Bir cümlə bəs etmişdi onu duyğusallaşdırmağa.

Nəticə nə oldu? Deyə bilərikmi ki, əslində gözləmədiyimiz şeylərin dadını bilmirik, necə bir şey ola biləcəyini təsvir etmirik deyə onu daha çox istəyirik?! Ya da Mörfi qanunlarından yola çıxsaq, istəmədiyimiz şeylər olur, istədiklərimizsə olmur deyə bilərik? Bu ona bənzəyir ki, illərlə çay içmirik və çay içmək də marağımızda olmur. Ancaq uzun zaman sonra əslində qəlbimizin dərinliyində istədiyimiz şey çay olur. O qədər özümüzü uzaq tuturuq ki, zehnimizdən silinir və nəticədə ən çox istədiyimiz şeyə çevrilir. Nuranəyə emosialarımı silkələdiyi üçün təşəkkürlər.

Bir neçə ay öncə (bu da təqribən iyirmi iki yaşıma təsadüf edir) Bookzone kitab evində dostlarımla əyləşib söhbət edirdim. Amma öncəsində sizə danışmalı olduğum bir məsələ var...

Burnumun estetik görünüşünü qətiyyən bəyənmirəm və əməliyyat etmək üçün uyğun zamanı gözləyirəm. Dostlarımdan biri (sağ olsun) zarafatlaşarkən yumruğu burnuma elə dəydi ki, burnum bir də düzəlmədi. Hələ də diqqətlə baxanda əyriliyi görünür. Uc hissəsi isə böyükdür və nəhəng görünərək məni narahat edir.

Bookzone kitab evində söhbətləşərkən masa yoldaşım Sədəf dönüb diqqətlə burnuma nəzər saldı. Özümü “Bu nə burundur, ala?!” zarafatına hazırlayırdım ki, Sədəf dedi:

 - Sənin nə qəşəng burnun var?!

Şoka düşməklə yanaşı həm də ikinci dəfə idi iltifat eşidirdim və yenə eyni duyğuları keçirirdim. Üstəlik bu dəfə mənim bəyənmədiyim bir hissəm təriflənmişdi. İnanılmaz bir an idi.

Bütün bu hadisələrə rəğmən mən yenə də iltifata maraq duymadığımı qəti olaraq iddia edirəm. Bu iki hadisə isə məni düşünməyə vadar edir. Görəsən, mən də iltifat istəyirəm?

Qarşınızdakı oğlanı, kişini, bəyi, cənabı yoxlayın. Maraq duymadığı, bir dəfə belə olsun diqqətini çəkməyən bir davranış sərgiləyin. Bəlkə də mənim kimi özü belə bilmədən duyğusallaşacaq və ağlamaq istəyəcək. Hə, ən əsası isə xoşbəxt olacaq.

Kişilər nə istəyir bilmirəm. Ancaq belə bir nəticəyə gələ bilərik:

“Ən azından bilirik ki, kişilərin istədiyi şeylərdən biri iltifat, xoş sözdür”.

Digər məqalələr

Döyüldüm

Döyüldüm

  • 110 Baxış
  • 18.03.2025
  • 8 dəq oxuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Hər kəs
Daha çox
Ağsaqqal

Ağsaqqal

  • 165 Baxış
  • 22.02.2025
  • 9 dəq oxuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.