Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Hüseyn Qəhrəmanov
  • Ağıllı olmaq çətindir (İxtissassız Psixoloq)
    Hüseyn Qəhrəmanov
  • 259 Baxış
  • 30.05.2024
  • 2 dəq oxuma

Ağıllı olmaq çətindir (İxtissassız Psixoloq)

Masanın üzərindəki qələmi alıb diyircəyini boynumdakı şah damarın üstünə tutdum. Bir neçə saniyə düşündüm. Görəsən, bu intiharın ən yaxşı yollarından biridir?!

Ağıllı olmaq çətindir (İxtissassız Psixoloq)

Masanın üzərindəki qələmi alıb diyircəyini boynumdakı şah damarın üstünə tutdum. Bir neçə saniyə düşündüm. Görəsən, bu intiharın ən yaxşı yollarından biridir?! Məncə yox. Çünki ölüm ani baş vermir. Boğazımdakı dəlik nəfəs almamda çətinlik yaradacaq və mən boğulacam. İtirdiyim qan dəhşətli dərəcədə olduğundan bədənim soyumağa başlayacaq. Sonra bilmirəm, ya huşumu, ya şüurumu itirəcəm, ya da elə ayıq qalacam. Ancaq bildiyim bir şey var: ölənə qədər yaxşıca əzab çəkəcəm.

Bunlar düşüncələrim deyil, əzizlərim. Bunlar ixtisassız psixoloqa dediklərimdir. O sadəcə susur və məni tamaşa edirdi. Bunlarla yanaşı həm də dinləyirdi məni. Susqunluğundan başa düşürdüm ki, sadəcə mənim danışmağımı istəyir. Mən də onun istəyini böyük bir məmnuniyyətlə yerinə yetirdim.

- Bilirsiz, cənab, ağıllı olmaq çətindir. Bir kərə insan intihar edə bilmir. Axmaqlar nəyi necə etməli olduqlarını bilmirlər. Elə bu səbəbdən də, onların intiharı sadəcə müəmmadır. Onlar bilmir öləcək ya yox. Yəni onlarda hər zaman ikinci variant olur. Məsələn, özünü asmağa niyyətlənən biri ya köhnə, çürük ipdən istifadə edir, ya da özünü asdığı yer davamsız olur, elə o andaca dağılır və adam ölə bilmir. Və ya 10 metr hündürlükdən özünü atan biri yüngül və ya ağır xəsarətlə də olsa, qurtula bilər. Ancaq ağıllı adamın belə bir şansı olmur. Axmaq intihar edəndə iki alternativ son olur: ya ölmək, ya da sağ qalmaq. Ağıllı intihar edəndə isə sadəcə tək son olur, o da ölmək. Ağıllı intihar edərkən dəqiq öləcəyini bilir və elə qərarı bu nəticəni göz önündə bulunduraraq verir. Axmaq isə nə baş verəcəyini bilmir, ona görə də dəqiq öləcəyindən əmin olmur. Qəlbinin dərinliyində bir yerdə sağ qurtulacağına inanır. Ağıllı ipi də, özünü asdığı yeri də möhkəm seçir. O bilir ki, biləyində hansı damarı hansı dərinlikdə kəssə nə baş verəcək. Özünü 10 metrdən atsa, sağ çıxma ehtimalı olduğunu bilir. Ona görə də ağıllı insanın intihar etməsi üçün daha dərin düşünülmüş qərar lazımdır. Həqiqətən, ölməyi istəməlidir bu şəxs. Daha özünü dənizə atıb sonra da kiminsə tərəfindən xilas edilmək üçün hay-haray salmamalıdır. Martin İdenə baxın. Həmin bu axmaqların siyahısında deyil. Elə buna görə də adı tarixə, ədəbiyyata yazılıb. Və cənab, sizə pis xəbərim var. Mən ağıllı insanam...

 

#23

Qəhrəmanov Hüseyn

Digər məqalələr

Döyüldüm

Döyüldüm

  • 110 Baxış
  • 18.03.2025
  • 8 dəq oxuma
Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qal ...
Hər kəs
Daha çox
Ağsaqqal

Ağsaqqal

  • 165 Baxış
  • 22.02.2025
  • 9 dəq oxuma
Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qı ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.