What is not “empathy”?

What is "empathy"? I’d like you to answer this question yourself first.


6 baxış
27.07.2026
3 dəq oxuma

We often say that people around us are negative and aggressive. They talk about their problems with everyone, especially older people. Because of this, we think they are "bad" or "difficult."

But have you ever thought about why they are like this?

Today, fewer people share their problems with others. But when does sharing actually make us feel better?

Let’s talk about empathy. What is it?

Empathy is putting yourself in someone else’s shoes. It is trying to feel what they feel, and then stepping back. It is like borrowing someone’s glasses, looking at the world through their eyes, and then giving the glasses back. If you don't give them back, that is sympathy.

So, why do people want to talk? Do they want to share their pain? Yes! They want someone to understand their feelings so they can feel relaxed and lighter.

When someone shares a problem, how do we usually answer? We often give advice or judge them. But real empathy is just listening and showing that you understand with sincere words.

Maybe this is the problem today. Is the high demand for psychologists happening because people simply don't have anyone to listen to them?

If you agree, try practicing real empathy next time!


***

Biz tez-tez deyirik ki, burada insanlar neqativ və aqressivdirlər. Problemlərini və ya başqaları ilə yaşadıqları hadisələri digərlərini genahlandıraraq gördükləri hər hansı kəsə danışırlar. Xüsusən də, yaşlı insanlar. Buradan belə nəticəyə gəlirik ki, onlar pisdirlər.

Bəs onlar niyə belədir deyə heç düşünmüsünüz mü?

Fərqindəsiz ki, artıq bir-birilə söhbətləşən, dərdləşən insanlar belə azalıb. Bəs dərdləşmə nə zaman insanı rahatladır?

Bu qalsın burada. Keçək Empatiyadan danışaq.

“Empatiya” nədir?

İstəyirəm ilk öncə bu suala özünüz cavab verəsiniz.

Sonra mən davam edim.

İndi isə getdik. Mən danışım.

“Empatiya” özünü birini yerinə qoyub, onun kimi hiss etməyə çalışıb sonra isə o olmaqdan çıxmaqdır desək, daha düzgün olar. Başqa cür izah etsək, empatiya başqasının eynəyini götürüb onun gözündən dünyaya baxıb, sonra isə eynəyini ona qaytarmaq kimidir. Əks halda, əgər sən onun eynəyini özünə qaytarmasan, bunun adı da olur “Simpatiya”. Diqqət etdinizsə, “Empatiya”barədə başqa cümlə işlətmədim.

Hə indi gələk əsas məsələyə.

Danışmaq istəyən birinin əsas məqsədi nədir. Dərdini bölüşmək? Məncə də. O istəyir ki, onun hiss etdiklərini biri də hiss etsin. Bunun da məqsədi rahatlamaqdır, içini boşaltmaq, yükünü azaltmaq.

İndi gəlin, hər hansı şahid olduğumuz prosesi yenidən gözümüzdə canlandıraq.

Deyək ki, biri dərdini danışdı. Ona qarşı olan yanaşma nədir. Cavab necə gələcək?

Anladığını deyib, ya məsləhət, ya da mühakimə.

Empatiya isə sadəcə dinləmək, onu anladığını içindən gələn səmimi cümlələrlə ifadə etmək.

Bəlkə də boşluq elə buradadır?

Bu dövrdə paixoloqlara bu qədər ehtiyac, bəlkə, elə insanların onları sadəcə dinləyəcək birinin olmamasıdır?!

Mənə qatılırsınızsa, gələn səfər real empatiya qurmağı sınaya bilərsiniz.