Əks qütblər bir-birini tətmin edir.

Bugün mövzumuz psixologiyadır. Sizə iki tip şəxsiyyət pozğunluğundan və mövzumuzla əlaqəsindən danışacam.


3 baxış
27.07.2026
4 dəq oxuma

Bugün mövzumuz psixologiyadır.

Sizə iki tip şəxsiyyət pozğunluğundan və mövzumuzla əlaqəsindən danışacam.

İlk olaraq, başlayaq evliliklərdən. Azərbaycanda ailələrin bir qismi kişinin dominantlığı, qadının isə heç bir söz haqqının tanınmadığı bir vəziyyətdə qurulub və belə də davam edir. Əgər biz ailələri kateqoriyalara bölsək, bu tip ailələr çoxdur, amma bunun həqiqətən abartı dərəcəsindən — 2 sindroma sahib ailələrdən danışacam. Hər hansı insanı 1–2 xüsusiyyətinə görə hər hansı sindroma sahib adlandıra bilmərik. Çünki bu sindromlar üçün ən azı 5 simptoma sahib olmalıdırlar. Amma mən danışdıqca , əminəm ki, siz də bu sindromlara yaxın vəziyyətlərdə olan ailələrin və ya münasibətlərin olduğunu müşahidə etdiyinizi xatırlayacaqsınız. Mən sizə sadəcə münasibətdəki məntiqdən danışıram.

O zaman başlayaq!

Əsas sual:

Bəs, bu ailələr necə ayaqda qalır?

Gəlin, bu suala cavab tapaq.

Mentalitet deyirsizinsə içinizdən, xeyr, bu deyil. Bu kateqoriyaya dair də böyük bir qisim var. Amma sırf sözügedən kateqoriyada səbəb tamamilə fərqlidir.

Bəli, bəli izah edirəm.

Deməli, bu evliliklərdəki 2 tərəfdən birincisi narsist şəxsiyyət pozğunluğuna sahib olanlar və ya narsizm yolunda irəliləyən şəxslərdir. (Azərbaycandan danışdıqda, (cins olaraq daha çox kişilər)

İlk öncə narsisizmdən danışıram. Narsizm 3 səviyyəyə bölünür: Sağlam, dağıdıcı və pataloji. “Sağlam narsizm” normal olmasa da, sağlam qəbul edilir. Burada özünə-hörmət normaldan yüksək olsa da, əsasən, fiziki olaraq, insanda yaşanan pis hadisələrə qarşı vecsizlik yaratdığı üçün sağlam qəbul edilir.

2-ci səviyyə “Dağıdıcı Narsizm” adlanır. Bunu izah etmək üçün, əsasən, “”(Pervasive pattern of grandiosity). Təkəbbür, hamıdan daha çox hüquq və şəxsiyyət üstünlüyü hiss eməklə müşaiyət olunur. Həmin şəxs empatiyadan tamamilə məhrumdur, qarşısındakına özünü dəyərsiz hiss etdirir.

3-cü səviyyə isə artıq pataloji haldır. Bu saydığım davranışların ən şiddətli olması isə yanaşı, belə şəxslərdə aqressiya, qarşısındakına fiziki şiddət halı da müşahidə edilir.

Narsizmin səbəbi isə tədqiqat nəticəsində müəyyən olunmuş nəticəyə görə daha çox genetikadır. Ekoloji səbəblər nadir hallarda narsisizmə gətirib çıxarır.

Narsizm barədə sizi qısaca məlumatlandırdığıma görə mövzumuzu əlaqələndirən digər hissəyə keçə bilərik.

Gəldik, tərəflərdən birinin narsist olduğu uzunömürlü evliliklərin ikinci tərəfinə.

Bu tərəf adlanır Borderline və ya hədsiz özgüvən əksikliyi olan şəxslər.( Bizi burada əsas maraqlandıran xüsusiyyət özgüvən əksikliyinin olmasıdır) Borderline sözünü sərhədlərdə yaşayanlar deyə çevirə bilərik. Bəzən sənə dünyanın 8-ci möcüzəsi kimi davranarkən, bir dəqiqə sonra qarşısındakını ən son dərəcədə alçalda bilərlər. Bu sindrom psixozdan bir əvvəlki dərəcə kimi qeydə alınır bir çox hallarda. Bunlara biz ad versək, ciddi dərəcədə özgüvən əksikliyi olan insanlar da deyə bilərik. Bu insanların özünə və digər insanlara güvəni çoxluqla aşağıdır. Bu şəxsiyyət pozuqluğuna məxsus insanlar da toksikdir. Eynən Narsistlər kimi. Narsistlər kimi tərk edilməkdən qorxurlar. Aralarında isə çox böyük əks tərəflər var. Narsist qarşısındakına pis davranaraq, onu idarə edərək münasibət yaşadığı halda, Borderline qarşısındakına yapışaraq onu əldə saxlamağa çalışır.

Narsistsə onu əzdikcə zövq alır.

Gələk, bunların münasibətinə.

Borderline insanlar uşaqlıqdan hədsiz kontrola, kiminsə onların əmr verməsinə,birilərinin əmrlərini yerinə yetirib onların tərifini almağa yönəlmiş olduqları üçün Narsistlər onları idarə etdikcə bu onları tətmin edir. Yəni Borderline’lar idarə edən, “Narsist”-lər isə idarə ediləcək biri əldə edərək özünü doyurur.

Qeyd: Öz müşahidələrim, öz nəticələrim:) Elmi sübutlarım yoxdur. Elmi sübutları olan məqalələri internetdə tədqiqat nəticəsi yazıb, oxuya bilərsiniz.