Yeni emoji ikonlarımızı qarşılayın

3 yaşın olması münasibətilə öz istifadə etdiyimiz emoji ikonlarında dəyişiklik etmək qərarına gəldik və budur yeni ikonlar.


16 baxış
16.08.2026
1 dəq oxuma

 

Kofeal-da yaradıcıların öz səhifələrində və izləyiciləri ilə ünsiyyətdə istifadə etdikləri emoji ikonlarının dizaynını yeniləmişik.

Məqsədimiz sadəcə ikonları dəyişmək deyil. Kofeal daxilində vizual olaraq daha vahid, müasir və özünəməxsus bir üslub yaratmaqdır.

Yeni emoji ikonlarının dizaynı necədir?

Yeni ikonlarda klassik emoji görünüşündən uzaqlaşaraq daha müasir 3D vizual üsluba keçmişik.

Dizaynların əsas xüsusiyyətləri:

  • Yumşaq və həcmli 3D formalar
  • Parlaq və canlı rənglər
  • Minimal, təmiz və rahat seçilən detallar
  • Yumru və dostcanlı formalar
  • Kofeal-ın vizual kimliyinə uyğun bənövşəyi rəng aksentləri
  • Müxtəlif ölçülərdə belə asanlıqla tanınan sadə siluetlər
  • Daha əyləncəli və yaradıcı görünüş

İkonların hər biri ayrıca obyekt kimi hazırlanır və ümumi dizayn dili qorunur. Beləliklə, fərqli emojilərdən istifadə edilsə belə, onların hamısının eyni Kofeal dünyasına aid olduğu hiss olunur.

Bu, hələ başlanğıcdır 👀

Hazırda mövcud emoji ikonlarımızı yeni dizayn üslubuna uyğunlaşdırırıq. Amma növbəti mərhələdə daha böyük bir yenilik üzərində işləyirik.

Tezliklə Kofeal üçün tamamilə yeni və unikal emoji ikonları təqdim edəcəyik.

Bu emojilər sadəcə digər platformalarda gördüyünüz standart ikonların alternativi olmayacaq. Məqsədimiz Kofeal yaradıcılarının və onların icmalarının istifadə edə biləcəyi, yalnız Kofeal-a məxsus xüsusi emoji kolleksiyası yaratmaqdır.

Yeni kolleksiyada fərqli emosiyalar, reaksiyalar, creator dünyasına aid obyektlər və Kofeal icmasının öz daxilində formalaşa biləcək xüsusi ifadələr yer alacaq.

Öz emoji dilimizi yaradırıq

Kofeal böyüdükcə platformanın vizual dili də onunla birlikdə inkişaf edir.

Yeni emoji dizaynları bunun ilk addımlarından biridir.

Daha çox rəng.
Daha çox emosiya.
Daha çox yaradıcılıq.
Və getdikcə daha çox Kofeal.

Yeni emojilər üçün bizi izləməyə davam edin. ☕✨