Kofe.al-da ödənişlər və yeni funksiyalar haqqında məlumat

Kofe.al-da ödənişlər müvəqqəti dayandırılsa da, Portmanat inteqrasiyası və yeni həllər üzərində işlər davam edir və xidmətlər tezliklə bərpa olunacaq.


19 baxış
06.08.2026
2 dəq oxuma

İyun və iyul aylarında komandamız Kofe.al platformasının inkişafı üzərində intensiv şəkildə çalışaraq uzun müddətdir planlaşdırdığımız bir sıra yeni funksiya və imkanları hazırlayıb istifadəyə verdi.

Təəssüf ki, ödəniş partnyorlarımızdan biri olan CibPay tərəfində yaranmış texniki problemlər səbəbindən bank kartlarına vəsait köçürülməsi əməliyyatlarını müvəqqəti olaraq dayandırmalı olduq. Problem müvəqqəti xarakter daşısa da, karta köçürmələrin tam bərpası müəyyən vaxt tələb edə bilər.

Hazırkı şərtlərdə istifadəçilərdən ödəniş qəbul edib, həmin vəsaitlərin çıxarılmasını təmin edə bilmədiyimiz üçün həm ödənişlərin qəbulunu, həm də vəsait köçürmələrini müvəqqəti olaraq dondurmuşuq.

Bununla yanaşı, Portmanat vasitəsilə ödənişlərin qəbulunun və vəsaitlərin elektron cüzdana köçürülməsinin aktivləşdirilməsi üzərində iş aparırıq. İlkin planımız CibPay və Portmanat həllərini paralel şəkildə təqdim etmək idi. Lakin bu iki sistemin iş prinsipləri və verifikasiya qaydaları bir-birindən fərqlənir. Bundan əlavə, abunəlik funksiyası CibPay infrastrukturu üzərindən işlədiyi üçün hər iki həllin eyni vaxtda problemsiz fəaliyyət göstərməsi əlavə texniki uyğunlaşdırma və yoxlamalar tələb edir.

Zəruri texniki və təhlükəsizlik yoxlamaları tamamlandıqdan sonra Portmanat ödənişlərini aktivləşdirərək platformanın fəaliyyətini davam etdirəcəyik.

Abunəlik sistemi müvəqqəti olaraq işləmədiyi üçün “Yalnız abunəçilər üçün” yayımlanan bloq yazıları avtomatik şəkildə kofe dəstəyi qarşılığında açılan məzmun formatına keçiriləcək. Buna görə də bloq yazılarınızı paylaşmağa davam edə bilərsiniz.

Ödənişlər yenidən aktivləşdirildikdən sonra bu barədə bütün istifadəçilərimizə əlavə məlumat veriləcək.

Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir və anlayışınız üçün təşəkkür edirik.