Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Olar ki, beynimdən çıxasan bugün?
    Coşqun Kərimov
  • 785 Baxış
  • 29.04.2024
  • 1 dəq oxuma

Olar ki, beynimdən çıxasan bugün?

Olar ki, beynimdən çıxasan bugün? Azacıq dincəlsin neyron yığınım.

Olar ki, beynimdən çıxasan bugün?

Olar ki, beynimdən çıxasan bugün?

Azacıq dincəlsin neyron yığınım.

Olar ki, olmasın olmalı olan?

Otaq sənsiz qalsın, təkcə mən olum.

Günəş şüasıyla ifşa edilib,

Dinməzcə yerlərə düşən toz olum...

Olar ki, yanımda gəzməsin əksin?

Sual soruşmasın, söz danışmasın,

Hər dəfə baxanda özgə birinə?

“Bu odur” düşünüb göz karıxmasın.

Olar ki, gedəsən çox uzaqlara?

Marsa, Venereya, nə bilim, aya.

Uçasan izindən bir iz qalmasın,

Rahat uç, arxada gözün qalmasın.

Otaq ortasında masa başında,

Otursun Əzrail, otursun Şeytan,

Domino oynayım hər ikisiylə,

“Balıq!” qışqıraraq çırpım son daşı,

Nəhayət ödəşim hər ikisiylə.

Görürsən necə də ahəngsiz çıxdı,

Mənasız, qaydasız, məntiqsiz çıxdı,

Rəzil-rüsvay oldum sərraf içində,

Çünki sözlər dolu, "SƏN" boş içimdə...

Xəyyam da deyir ki, dur bir içim də,

Mənim tək içməmiş dəm olanların,

Meyiddən beşbətər can sağlığına...

Digər məqalələr

Sözlərin İziylə Gedənlər

Sözlərin İziylə Gedənlər

  • 51 Baxış
  • 30.06.2026
  • 2 dəq oxuma
Bəzən bir insanın bütün həyatı bir neçə cümlənin içində gizlənir. Son 10 il ərzində qarşıma çıxan insanlardan, şahidi olduğum talelərdən, verdiyim tə ...
Hər kəs
Daha çox
Altıncı Yuxu - Bütün Kişilərin Arzusu

Altıncı Yuxu - Bütün Kişilərin

  • 58 Baxış
  • 28.06.2026
  • 11 dəq oxuma
“Ağıllı qadın öpür, amma sevmir, qulaq asır, amma inanmır, tərk edilməzdən öncə özü tərk edir”. (Merilin Monro) ...
Hər kəs
Daha çox

© 2026 BONPARA MMC. Bütün hüquqlar qorunur.

  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik