Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Ölməmək üçün oxunmalı olan 10 kitab
    Coşqun Kərimov
  • 362 Baxış
  • 25.03.2025
  • 6 dəq oxuma

Ölməmək üçün oxunmalı olan 10 kitab

Yadıma gəlir ki, ölmədən əvvəl oxunmalı olan kitabların siyahısını oxuyan zaman pis olurdum. Oxuyub öləcəyiksə bu kitabların hansı mənası qalır. Düşünürdüm ki, əksəriyyətimizin həyatı onsuz da bizi hələ həyatda olarkən ölməyə məcbur edir. Bizə bizi dirildən kitablar lazımdır.

Ölməmək üçün oxunmalı olan 10 kitab

Tez- tez kitab tövsiyyəsi istəyənlər üçün maraqlı bir siyahı hazırlamışam. Paylaşmadan əvvəl xəbərdar etmək istəyirəm. Eyni kitabı 10 ayrı adam oxuyub 10 ayrı reaksiya verə bilər. Hələ bugün fərqlərimizin uçurum dövrünü yaşayırıq. Eyni kitabı dəhşətli dərəcədə sevmək və ya ondan nifrət etmək mümkündür. 

Qərar verdim ki, sizinlə ölməmək üçün və hələ də yaşamaq üçün oxunmalı olan 10 kitabı tövsiyyə edim. Müasir dövr bizi robotlaşdırsa belə bu kitablar bir anlığa insanlığa qaytara bilər. Siyahıya başlayaq:

  1. Yaşamaq (Yu Hua)

Siyahını bu güclü hekayə ilə başlayıram. Günümüzdə parıldayan boş məşhurlardan iyrənənlər üçün bu kəndli bir nəfəs kimi olacaq. Onun başına gələn əhvalatları maraqla oxuyub onunla birlikdə özünüzü sorğulayacaqsınız. İnanıram ki, sonda nə olursa olsun yaşamaq gözəldir deyəcəksiniz. 

2. Bülbül (Kristin Hannah)

Müharibənin nə olduğunu gözəl bilirik. Amma insanın qərarı, əzmi və eşqi bizim üçün daim güc qaynağı olur. İki bacının həyatları onların qərarlarına əsasən dəyişir. Onlar üçün azarkeşlik edəcək və sonda günəşin çıxmasını istəyəcəksiniz. 

3. Şantaram (Qreqori Deyvid Roberts)

Bu əsəri əlinizə götürən zaman kitabın nə üçün bu qədər nəhəng olduğunu və səhifələrin sayını qınayacaqsınız. Sonuncu səhifələrinə gələndə isə kitabın bitməməsini istəyəcəksiniz. Baş qəhrəman Hindistanda yeni həyat qurmağa çalışır. Oranın insanları, hadisələri və ruhu sizi özünə cəlb edəcək. Sevgi olmasa olmur. İki nəfərin gec-tez qovuşmasını istəyəcəksiniz. Müəllif isə sizə hələ tezdir deyəcək. Özü boyda ikinci hissəni də oxumaq istəyəcəksiniz. Ya da kitabın ölçüləri sizi qorxudub onu yerə qoymağınıza səbəb olacaq. Böyük roman oxumaq istəyən üçün gözəl fürsətdir. Kino kimi romandır. 

4. Endurance Ekspedisiyası (Alfred Lansinq)

100 il əvvəl çılğın insanlar yaşayıb və onların çıxdığı səyahətlər təhlükəli olub. Kapitan Şeklton və onun komandası özünü buz labirintinin içində tapır. Qarşıda onları 2 il davam edəcək qaranlıq bir sınaq gözləyir. Amma arxiv fotoları və komanda üzvlərinin xatirələriylə birgə tunelin sonuna kimi gedəcəksiniz. Alfred bu kitaba canını qoyub. Onun əməyi boşuna olmayıb. İnsan iradəsi buzlu dünyanı ram edir və ümid dolu fikirlərlə kitabı bitirirsiniz. Yaşamaq necə də böyük bir nemətdir. Böyük məqsədlər üçün yaşamaq isə daha böyük nemətdir. 

5. İnsan məna axtarışında (Viktor Frankl)

Gözəl həyatın qədrini bilmək üçün onu itirməliyik. Burnumuzun ucu bizə vaxtıyla adi gələn şeylər üçün göynəməlidir. Elmi işini bitirmiş doktor birdən birə özünü Auşvitzdə tapır. Faşizm ağırdır amma həyatının mənasını itirməkdən ağır nə ola bilər.  Doktor bu zülmü bir siqnal kimi görür və qərar verir ki, mübarizə aparacaq. Bu mübarizəni 10 milyon insan bugün loqoterapiya adı ilə tanıyır. 

6. İrvin Yalom və kitabları

Bəli, Dostoyevski insan acılarının sərrafıdır. Bəli, onun kimi dərindən bizi başa düşən ikinci yazıçı çətin ki, tapılsın. Amma Yalom bizim dərdlərə şərik çıxır və bizimlə birlikdə suallara cavab axtarır. Ölüm, xəstəlik və çarəsizlik kimi sınaqlar qarşısında aciz qalmağın əslində təbii olduğunu göstərir. Yalom personajlarını qınamır və onları sona kimi dinləyir. Varoluş dünyasının inciləri olan romanlar sizə rahatlıq gətirəcək. Çətin suallara cavab tapmaq əvəzinə həyatınızı qəlizləşdirmədən yaşamağın necə gözəl olduğunu anlayacaqsınız.   Qaydalar onları pozmaq üçün var. Hər şeyə rəğmən yaşamaq bəlkə də ən ecazkar qayda pozuntusudur. 

7. Martin İden (Cek London)

Bu əsərin qəhrəmanı dünyanın ədalətsiz bir yer olduğunu öyrənir və sonuncu səhifəyə kimi siz ona təsəlli vermək istəyi ilə oxuyursunuz. Son səhifədə baş qəhrəman gəmidən sulara tullandığı anda sizin içinizdən onun arxasınca tullanmaq istəyi yaranır. Dünya elə Martin kimi insanlar olduğu üçün gözəldir. Onların xəyalları və əzmi daim rəqs edir.  Onlar işləyir və sonda nəticə olur. Onlar çirkin insanları görəndə duruşunu pozmur amma çirkin insanların sayı həddindən artıq çoxdur. Martin yaşamaq istəməsə belə özündən sonra minlərlə yazıçı qoyub getmişdir. Cek Londonun gücü və onun kitablarında olan təsvirlər həyatın peyzajları kimi əsrarəngizdir. 

8. Qraf Monte Kristo (Aleksander Duma)

Edmon Dantesin həyatı bir göz qırpımında dəyişir. Onun düşdüyü çarəsiz vəziyyət nəyinki düzəlmir, hətta onu sevgisindən ayırır. Zindandan çürüyənlərlə birgə ömür sürməyə məcbur olan gəncin ürəyindən bir səbəb qalıb. Yaşamaq üçün bir səbəb. İntiqam. Duma bu intiqam hekayəsini o qədər gözəl yazıb ki, Monte Kristonun səhifələrində tarix, dəniz, qəsr və ziyafətlərin qoxusu yığılıb. Qələbənin şirin qoxusunu da hiss edəcəksiniz. 

9. Siddharta (Herman Hesse)

Görəsən mən bu həyata nə üçün gəlmişəm və qarşıda məni nə gözləyir? Bu sualın cavabı Buddizm kimi bir cərəyanı yaratmağa nail olub. Amma bu kitab gənc insanı təsvir edir. Daha çoxunu istəyən və daim axtaran gənc insan bizi də özüylə ölümsüzlük çayına gətirir. 

10. Sizin kitab 

10-cu kitab istənilən kitab ola bilər. Məncə kitablar bizim həyatımıza təsadüfən gəlmir. Yazdığım KVAN bir çox insanın həyatına ideal vaxtda gəlib. Həyatının işiylə məşğul olan insan sevinir. O, KVAN hissini yaşayır. 

Sizin də qarşınıza elə bir kitab çıxacaq. Yenidən başlamaq üçün, yenə də yaşayıb yaratmaq üçün güc verən, ilham verən hekayə sizi mütləq tapacaq. 

Xoş qiraət arzu edirəm!

 

Digər məqalələr

From Whiteboards to Why It Matters

From Whiteboards to Why It Mat

  • 16 Baxış
  • 30.04.2025
  • 1 dəq oxuma
I got into it for the wrong reasons, but I stayed for the right ones. Maybe our reasons are not right or wrong. Maybe they are defining on their own ...
Hər kəs
Daha çox
10 Books to Celebrate on Book Day!

10 Books to Celebrate on Book

  • 32 Baxış
  • 24.04.2025
  • 2 dəq oxuma
The Old Man and the Sea - Hemingway One more time. Every champion and every great person who tasted greatness will wait for the second chance to fee ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.