Bildim, şәhid olmamışam

Əli Əhmədli yazır: “Yaranın ağrısını hiss edəndə bildim ki, şəhid olmamışam”


610 baxış
24.12.2023
1 dəq oxuma

 

Qazi İmanov Yunis-Allah ömrünü uzun etsin
Yunislә ilk gündәn bir yerdә idik.İlk döyüş günündә Yunisi itirdik,elә bilirdik şәhid olub.Amma,gördüyünüz bu arıq-cılız uşaq gedib kәşfiyyata qoşulubmuş,düz 1 hәftә kәşfiyyatla birgә döyüşübmüş.Mәn әhd etmişdim ki,Ordudan aldığım pulu şәhid Yunisin ailәsinә aparıb verәrәm.1 Hәftә sonra Yunisi görәndә,o qәdәr ağlaşıb qucaqlaşdıq ki,çoooox  tәsirli mәnzәrә idi...Sonuncu döyüşdә Yunis 3 güllә yarası aldı,vәziyyәt ağırlaşıb sanitarkaya mindirәn dә halsız vәziyyәtdә "Әlini tapın mәni gәlib aparsın" deyibmiş.Yunis yaralandığı anı danışır:
-Әli abi,sәn deyirdine şәhid ağrı-acı hiss etmәdәn bu dünyadan köçür,yaralananda gördüm çox incidir,dedim onda sağam hәlә.

Aldığı yaradan Yunis ömürlük yerimә problemi aldı.O gün deyir ki,Abi sәn qohumunu (Cavidanı) yanına çәkdin,mәni qoydun kәnara,ona görә yaralandım 😞

Yunis -çox mәrd,çox şücaәtli vә  igid qardaşdır.Әlimdә imkan ola  bütün medalları onun sinәsinә taxardım.

Yunis sәninlә  möhtәşәm günlәr  keçirәcәyik,sәnin mәrdliyin qarşısında baş әyirәm,qardaş.