28 Sentyabr

Soyuq,hәyәcan vә stresslә keçәn gecә bitdi. Sәhәr açılan kimi hәr kәs öz yoldaşlarını axtarmağa başladı.Sәhәr saatları uşaqları tapdım.


19 baxış
29.09.2026
1 dəq oxuma

28 Sentyabr

Soyuq, həyəcan və stresslə keçən gecə bitdi.

Səhər açılan kimi hər kəs öz yoldaşlarını axtarmağa başladı. Səhər saatlarında uşaqları tapdım. Axşam şəhid olan uşaqların kimliyi dəqiqləşdi. Onlardan ikisi oktyabrın 1-də tərxis olunacaq uşaqlar idi. Cəmi üç gün sonra evlərinə gedəcəkdilər...

Beton örtüklü yarımçıq tikilidə cəmləşdik. Say-hesab məsələləri həll olunandan sonra Füzuli bazarında bölüşərək dağılışdıq.

Bir az keçməmiş hərəyə bir əl qumbarası paylanıldı. İstifadə qaydaları başa salındı. Nazirlikdən bir zabit gəlib Ordunun əldə etdiyi üstünlüklərdən danışır, eyni zamanda suallarımızı cavablandırırdı.

Komandir isə:
— Uşaqlar, botinka-zad lazım deyil, şıpiklərinizi geyinin. Ermənilərin anasını ağlatmışıq, gedirik kef etməyə, — deyə zarafat edirdi.

Tabor komandiri müşahidə məntəqəsindən gəlmişdi. Bizə taktiki gedişlərdən danışdı. Bir bölmənin yolunun minalardan təmizlənmədiyini dedi. Bu, çox çətin və qorxulu proses idi.

Ancaq hələ ki, həmin gecə də Füzuli bazarında qaldıq.

Gecəni yatmaq mümkün deyildi. Düz yanımızdan artilleriya atəşi açılırdı. Tez-tez erməni dronları müşahidə olunurdu. Vahimə içində, soyuq şəraitdə gözünü yuman kimi top atılır və dik atılırsan. Silahını bərk-bərk qucaqlayıb yenidən yatmağa çalışırsan.