Xocavəndin Qırmızıbazar istiqamətindən mövqeyimizi dəyişib Şuşa istiqamətinə yol almışdıq. Şuşanın tam azad olunması xəbərini də elə bu ərazilərdə almışdıq.
Erməni evləri, yeməkləri, mal-qarası, əşyaları — hamısı biz əsgərlərin əlində idi. 😉
Gördüyünüz bu evdə birdən-birə qəşəng bir quzu kəsmişdik. Həm buğlama, həm də kabab yemək üçün.
Dostlardan biri evdən duz tapdığını dedi. Dadına baxmadan quzunu öz aləmimizdə duzlayırıq. Sən demə, pesok imiş. 😂 O boyda quzu kababı oldu bal! :D
Dedik, eybi yox, buğlamamız dadlı olar. Qoyduq ki, suyu qaynadaq. Bu vaxt çıxış əmri gəldi: üzü Xankəndiyə gedirik. 😏
Şəbəkə ümumiyyətlə tutmurdu. 20-30 dəfədən sonra evlə danışmaq mümkün oldu. “2-3 gün danışa bilməyəcəyik” deyib telefonu söndürdüm.
Bakıda böyük bayram keçirilirdi.
Şuşadan xüsusi təyinatlılardan bir-iki nəfər gəldi. Şuşanın mərkəzindən videolar göstərdilər. Dedilər ki, kiçik bir qrupla 200-ə yaxın ermənini əsir götürmüşük.
Adam öz XTQ-si ilə fəxr edir. 😊