
Əslində həyat uğursuzluqdan uğura gedən yol kimi görünə bilər. Oysa uğursuzluq uzunmüddətli məyusluq, uğursa ani xoşbəxtlikdən başqa bir şey deyil. Mən həyatım boyunca məğlub olmağı qəbul edə bilməmişəm. Hər dəfəsində haksızlıq və ya günahkarlıq donunu birinin üzərinə geyindirərək öz içimi rahatlatmışam. Sonra uzaq-uzaq səfərlərə çıxanda anlamışamki, həyat mənim pəncərəmlə çərçivələnəcək qədər dar deyil. Kiminsə səni seçməsi və ya seçməməsi hər nə qədər sənin çabandan asılı olsada belə, bir o qədərdə onun səni hansı tərəfdən görməyi istəməsiylə bağlıdır. Həyatda məğlubiyyətdən sınan və yolunu yarıda tamamlayan milyonlarca insan var. Ancaq baxsaq görə bilərikki, qaliblər bir zamanların məğlubları, məğlublar isə bir zamanların qalibləri olmuşlar. Bəs mən bunu nə üçün həzm etməkdə çətinlik çəkirdim? Çünki mən az əmək qarşılığında çox maaş istəyən işçi kimiyəm. Gəlirəm , baxıram və gedirəm. Belə olan halda isə şanslı qız sindromuna tutulub ömür boyu hər şeyi rahatlıqla əldə etmək istəyirəm. Təbiiki bunu tək mən deyil, bir çox mənim kimi düşünən insanlarda istəyirlər. Bəs fərqimiz nədədir? Bəziləri şanslı olmaq üçündə belə çaba göstərirlərki qoy əlimdən gələn hər şeyi edim, şansda üzümə gülsün. Ama bəziləri sadəcə bütün günü xəyal qurub hərəkətsiz bir şəkildə istəyirlər. Sanki real dünyadan qaçmağın tək yolu xəyal dünyasında yaşamaqdan keçir. Oysa real dünyanın belə bizim yaratdığımız illuziyalardan ibarət olduğunu unuduruq. Bəs yaxşı nə etməli? Müxtəlif başbilən mütəxəssislərin dediyi kiçik addımdan başla düzələcək söz yığınını sizə deməyəcəyəm. Çünki onsuzda addım atsaydınız onun kiçiklik və ya böyüklüyünün bir fərqi olmayacaqdı. Özünüzə komanda verin. Bəli bəli. Özümə komandir olmağı seçirəm deyin. Nə vaxtki real dünyadan qopub xəyal dünyamdan geri dönüş biletimi almağa geciksəm bu metoddan istifadə edirəm. Gəl sənədə deyim öyrən. Baxhaaa qardaşın qardaşa bacının bacıya deməyəcəyi bir məlumat deyil) Bilsələr onlarda deyərdilər. Arabir məndə söz yığınından istifadə edirəm). Bunuda indi kəşf etdim. Ay qız day keç mətləbə görək nə edəcəyik? Dediyinizi eşidər kimiyəm. Ya da demirsinizsədə belə yəqinki havalanmışam. Gedəcəyim tək yer hava alanı)). Gəlin çox uzatmadan,(hələ bu qısa versiyadı?) keçək mətləbə. Deyəkki çox xəyal qurursan və ondan başqa heç bir addım atmırsan. Özünə komanda ver: Məsələn : Rəsmiyə geri dön. Əlinizdə və ya bədəninizin istənilən yerinə xəyali bir düyməniz olsun. Hətta bu köynəyinizin düyməsidə ola bilərki, ora əliniz dəyəndə qayıdırsız real həyata. Və bədəninizin hər hansısa hissəsində seçdiyiniz o düyməni yenidən basdıqda fırfıra kimi fırlanan ventolyator kimi hərəkətə keçdiyini hiss edin. Və düşününki qanadlanırsınız. Bəli bəli qanadlanırsınız. Və əllərinizi quş kimi qanad çırparaq evdə o yana bu yana gedirsiniz. Redbullun reklamını edirmişsiniz kimi gələ bilər. Ancaq ondan fərqli olaraq bu qanadlar sizi məqsədlərinizi hərəkətlə irəlilətməyinizə şərait yaradacaqdır. Daha sonraysa o an addım anı gəlir və sən o addımı atırsan. Artıq sehirli xalatdakı kimi xalatın səni gələcəkdən indiyə gətirib. Və sən istədiyin zaman o knopkadan istifadə edərək yenidən xəyal dünyana gedə bilərsən. Əgər xəyallardan reallığa və ya əksinə gediş gəliş sənə çətindirsə sənə bir metodda verim. Bu zaman telefonunu budilnikə qoy. Maksimum nə qədər vaxt qalmaq istəyirsən xəyal dünyanda? Onu seçə bilərsənki daha tez qayıtsanda vaxt itkisi yaşamayasan. Və beləcə gediş gəlişin üçün həm knopkaya(düyməyə), həm də səsə(budilnikə) sahib olacağın bir sistem yaratdın. Əslində mən sənə dedim bunu , sənsə heç kəsə deməhaa). Əməyimin qarşılığını bu fikri paylaşaraq və çoxaldaraq ödəyə bilərsən. Çünki heç bir faydalı əməlin hansısa qiymətlə bir qarşılığını ödəmək olmur❤️