Mən səni sevdim gülüm sonram sənə sevda dedimYox sənə dünyada bir tən mən sənə dünya dedim
Sən dənizsən mən sənin köksündə bir tənha qayığGəl məni azad elə mən ki sənə dərya dedim
Axtarıb gülzar içində mən səni sevdim gülümSevmərəm mən özgəni atdım buna imza dedim
Var səni yollarda yalqız gözləyir tənha biriVar səbəb ki ey gül üzlüm özmə mən tənha dedim
Vəslinin fikri gecə gündüz başımdan çıxmıyırEy günəş üzlüm məni tərk etmə gəl şəhla dedim
Dağ çəkib illərdi gəl çıx Turxana sənsizliyinGəl görün kor gözlərə gizlənmə ta əsla dedim