Aytan Aliyeva

Aytan Aliyeva

Tələbə
  • 0 Dəstəkçi
Aytan Aliyeva üçün kofe al
Bu mesajı şəxsi edin
Aytan Aliyeva
Tələbə

Salam. Mən Aytən. Soyadım Alıyevadır*. Hər zaman Əliyeva deyirlər və bu mənim ən qıcıqlandığım nüansdır. 21yaşım olacaq. ♐ Bürcüyəm.Bakı Dövlət Universitetində dövlət və ictimai münasibətlər ixtisasında, 4-cü kursda təhsil alıram. İnandırma və manipulyasiya qabiliyyətim çox güclüdür. Məni tez-tez hər halda, hər formada, hər situasiya da , hər yerdə görmək mümkündü. Hər yerə uyğunlaşa bildiyim üçün dostlarım məni  "su💦" adlandırır. Debatla məşğul olmağı da sevirəm, və bu sahədə  müəyyən bir təcrübəm var, daim öyrənmək və öyrətmək istəyirəm. Diskussiya zamanı müzakirələri hər zaman  analitik düşüncəm ilə sintez edirəm və bunun vasitəsilə daim yeni ideyalar ağlıma gəlir. Yenilikçi biriyəm.  Cəmiyyətdə müsbət dəyişikliklər etmək üçün daima öz üzərimdə işləyirəm.

Layihə yazmağı və intellektual oyun oynamağı , eyni zamanda  intellektual oyunlar təşkil etməyi də sevirəm. Digər marağlarım  isə professional voleybol 🏐 oynamaq, üzgüçülük 🏊 ilə məşğul olmaq, podcast🎧 dinləmək, gitara🎸 çalmaq, bədii əsərləri 📔oxumaq,stolüstü üstü oyunları oynamaq , rəqs etmək 💃,təbiətə rəsmləri fotosessiyası və tattoo🤞🏿 üçün rəsmlər çəkməkdir. Eyni zamanda global rep dinləyirəm, hip-hop style sevirəm

Hər zaman idarəetmə qabiliyyətim ilə fərqlənmişəm. Müxtəlif layihə və düşərgələrdə iştirakçı olmaqla yanaşı team lider, staff və koordinator kimi fəaliyyət göstərmişəm.  Koordinasiya etməyi sevən biriyəm. Çox diqqətliyəm, kimsənin diqqət etmədiyi nüanslara hər zaman diqqət edirəm.

Paşa Holdinqin əlaçı təqaüdünün qalibiyəm 🖤