Aristotel Fəlsəfə Klubu

Aristotel Fəlsəfə Klubu

Fəlsəfi, ədəbi müzakirələrin həyata keçirilməsi
  • 0 Dəstəkçi
Aristotel Fəlsəfə Klubu üçün kofe al
Bu mesajı şəxsi edin
Aristotel Fəlsəfə Klubu
Fəlsəfi, ədəbi müzakirələrin həyata keçirilməsi

“Aristotel” fəlsəfə klubu tələbələrə və sosial sahələr ilə maraqlanan hər bir insana ən maraqlı, həyati və aktual mözuların müzakirəsi və öyrənilməsini təklif edir. Fəlsəfə klubu universitetin bütün tələbələri üçün nəzərdə tutulmuşdur, açıq müzakirələrə isə hətta digər təhsil müəssisələrinin təmsilçiləri də qoşula bilərlər. 

Məqsəd və vəzifələrimiz:

- məntiqi təfəkkürə əsaslanan düşünmə qabiliyyətinin formalaşması;

- fəlsəfənin, tarixi faktların öyrənilməsi və yeni biliklərin müstəqil əldə edilməsi prosesində idrak maraqlarının, intellektual və yaradıcılıq qabiliyyətlərinin inkişafı;

- keçmiş və indiki hadisələri izah etmək üçün fəlsəfi bilikləri tətbiq etmək, müasir həyatda baş verənlər haqqında müstəqil olaraq yeni məlumatlar əldə etmək və qiymətləndirmək bacarığının formalaşdırılması;

- müxtəlif mövzular ətrafında baş verən diskussiyalarda tələbələrin məlumat mübadiləsinə cəlb edilməsi;

- birgə tapşırıqların icrası prosesində tələbələr arasında əməkdaşlıq ruhunun inkişaf etdirilməsi;

- əldə edilmiş biliklərdən praktiki, həyat problemlərini həll etmək üçün istifadə etmək;

- tələbələrin fəlsəfə imtahanına daha yaxşı hazırlaşmalarına kömək etmək.

Bizə ianə edərək fəəliyətlərimizin davam etməsinə kömək edəbilərsiniz.