Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Aytiqaqash
  • Java EE əsas konsepti
    Aytiqaqash
  • 394 Baxış
  • 03.12.2023
  • 3 dəq oxuma

Java EE əsas konsepti

Multitiered distributed application model Component-Based Development Java EE Containers Enterprise JavaBeans (EJBs) Unified Security Model Flexible Transaction Control Java EE APİs and Specifications Deployment descriptors

Java EE əsas konsepti

Multitiered distributed application model

Presentation Tier: İstifadəçi İnterfeysi (veb səhifələr və Uİ komponentlər)

Business Logic Tier: Biznes qaydalar və proseslər özündə toplayır. 

İntegration Tier: Verilənlər bazasına, digər xarici servislərə və sistemlərə qoşulma.

Component-Based Development

Xüsusi funksionallığı əhatə edən komponentlərdən ibarət bir proqram təminatı qurmaq imkanı verir. Həmin komponentləri fərqli yerlərdə yenidən istifadə imkanı yaranır. Eyni zamanda komponentlər modul kimi olduğuna körə proyekti dəstəkləmək daha rahat olur. Proyekt daha aydın və şəffav alınır. Komponent rolunda EJBlər, servlet və JSPlər ola bilir.

Java EE Containers

Konteynerlər Java EE komponentləri üçün runtime mühiti yaradırlar. Ümumi olaraq 3 container növünü vurğulamaq istərdim: veb konteyner, EJB konteyner, applicatio client konteyner. Adlarından da məlum olur ki, veb konteyner veb səhifələrin (JSPlər və HTML faylları) işlədilməsini, servlets (HTTP sorğuların) işlədilməsini və EJB komponentlərdən bəzilərinin (veb servis endpointləri) işlədilməsini idarə edir. Konteynerlərin həll etdiyi məsələlər təhlükəsizlik, tranzaksiyalar, resursların paylaşılmasıdır.

Enterprise Java Beans (EJBs)

Biznes məntiq və qaydalar üçün nəzərdə tutulan komponentləri özündə cəmləyən EJBlərdir. EJBlər tranzaksiya idarə edilməsi, təhlükəsizliyin təmin edilməsi və paralel işlər görmək üçün servislər təqdim edir. EJB növlərindən danışsaq deyərəm 3 növü var: Session Beans, Message-Driven Beans, Entity Beans. 

Sonuncu Entity Beans yeni Java EE freymvorklarda JPA ilə əvəzlənib. Yəgin ki, Entity Beans data ilə işləmək üçün nəzərdə tutulduğunu artıq anladınız. 

Message-Driven Beans asinxron mesajlaşmanı təmin etmək üçün istifadə olunur JMS (Java Message Service). Event-driven proseslər üçün Message-Driven Beans çox yararlıdır. 

Session Beans də biznes məntiqin stateful/stateless olmasını təqdim edir. Use case-lər və vorkfloular (workflows), yəni biznes məntiqin müştəri caseləri və biznes vorkflousu üçün idealdır. 

Unified Security Model

Java EE Authentication, Authorization və rollara əsaslanmış giriş idarəsi təqdim edir. Ayarlanma deployment descriptorlarda edilir.

Flexible Transaction Control

Java EE tranzaksiyaları idarə etmək üçün də container təqdim edir. EJB deyilən konteyner avtomatik tranzaksiya əməliyyatlarının öz üzərinə götürür. Yəni EJB metod işə salınanda, konteyner yoxlayır ki, tranzaksiya artıq aktivdir ya yox. Əgər tranzaksiya aktiv deyilsə, yenisini başaldır. Əgər tranzaksiya uğurla bitirsə, EJB onu commit edir, əks halda exception atılırsa, geri dönüş addımlarını (rollback) edir. Özünü necə aparacağı transaction attributlarından asılı olur, onu da @TransactionAttribute annotasiyası ilə ötürə bilirik. Bu mövzunu daha dərindən bilmək üçün JTA haaqında araşdırmanı davam etmək olar.

Java EE APİs and Specifications

API özü Application Programming İnterfacedir. Java EE təqdim etdiyi APİların vasitəsi ilə proqram təminatı yaradılır. 

JPA — Java Persistence API 

JMS — Java Message Service

JTA — Java Transaction API

Deployment Descriptors 

Java EE proqram təminatının ayarlamaq üçün istifadə olunur. Misal: web.xml, ejb-jar.xml . Bu fayllarda resursları müəyyən edirik, təhlükəsizlik ayarlarını yazırıq, və komponentlərin davranışını müəyyən edirik.

Digər məqalələr

Playwright Test Skriptlərin Yazılması

Playwright Test Skriptlərin Ya

  • 136 Baxış
  • 09.02.2025
  • 4 dəq oxuma
Rəsmi sənədləşmə bu mövzuya başlayan kimi, Playwright üçün tərif oxuyur. Tərifi saxlayaq sonraya, əsas dediyi odur ki, burda actions istifadə olunur h ...
Hər kəs
Daha çox
CV vəya Rezume təcrübəm

CV vəya Rezume təcrübəm

  • 503 Baxış
  • 25.04.2024
  • 7 dəq oxuma
Necə yazaq ki, müsahibə olsun. Hər vaxtınız xeyir olsun, dəyərli oxucularım. 10 ildən çox iş təcrübəmə əsasən müəyyən bir fikirlər formalaşıb. Söhbət ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.