İşəgötürən və sahibkarlar üçün çağırış

Müasir zamanda işçilər necə işə qəbul edilməlidir? 🔺⚪️


387 baxış
28.12.2024
1 dəq oxuma

 İşəgötürənlər üçün üç əsas məsələ ilə bağlı tövsiyə:

 

 🥴 Namizədləri gözlətməyin: Əgər namizədin müraciətinə davam etmək istəmirsinizsə, onları bu barədə açıq şəkildə məlumatlandırmaq vacibdir. Əks təqdirdə, namizədlər qeyri-müəyyən vəziyyətdə qalır və bu, onların motivasiyasına mənfi təsir göstərə bilər. 

 

🫣 Müsahibələrə ciddi yanaşın: Müsahibəyə dəvət etdiyiniz halda iştirak etməmək şirkət haqqında mənfi təəssürat yaradır. Bu, həm peşəkarlıq baxımından zəif görünür, həm də namizədlərin vaxtını boşa sərf edir.

 

 😴 Lazımsız müsahibələrdən çəkinin: Namizədi dəyərləndirmək üçün 3-dən artıq müsahibə təşkil etmək vaxt itkisidir. Əgər 3-cü görüşdən sonra qərar verə bilmirsinizsə, bu, prosesi effektiv idarə etmə bacarığınızda problem olduğunu göstərə bilər.