Bu gün ofisdə tamamilə gözlənilməz bir hadisə baş verdi!

Müsahibə üçün namizədi gözləyirdim, amma iclas otağının qapısı açıldı və


395 baxış
29.12.2024
1 dəq oxuma

Bu gün ofisdə tamamilə gözlənilməz bir hadisə baş verdi! Müsahibə üçün namizədi gözləyirdim, amma iclas otağının qapısı açıldı və… Santa Claus içəri girdi! 😲🎄

 

 ✨ Santa gülümsəyərək dedi: “Üzr istəyirəm, marallarımı aşağıda park eləmədim, yolda saxlamışam aparmazlar ki?” Elə bu anda CV-ni mənə uzadıb, oturdu.

 

 📝 Santa’nın Bacarıqları: 

• Bir gecədə dünya boyu milyardlarla insanın evinə uğurla çatmaq 🌍 

• 8 maral və böyük hədiyyə kisəsini idarə edərək logistik problemləri dərhal həll etmək 🦌🎁 

• Gecə saatlarında tam səssiz işləmək və heç bir diqqət çəkmədən məqsədə çatmaq 🌌 

Çətin hava şəraitində (qar, fırtına) yüksək effektivliklə çalışmaq ❄️ 

• Uşaqlarla empatiya qurmaq və onların arzularını anlamaq bacarığı 😊 

• Fərqli mədəniyyətləri, dilləri və adətləri nəzərə alaraq fərdiləşdirilmiş xidmət göstərmək 🌟 

• İlin yalnız bir gecəsində, məhdud zaman çərçivəsində yüksək nəticə əldə etmək ⏳ 

 

Mən isə təəccüblə soruşdum:

“Santa, siz ilin cəmi 1 günü işləyirsiz. Bəs qalan 364 gündə nə edirsiniz?”

 

Santa düşünmədən və gülümsəyərək dedi: 

 

“Həmin günlərdə də sizə kömək edə bilərəm! Mənim üçün burda bir iş yer tapa bilərsən?”

 

 😊 İndi də fikir məni götürüb, görəsən, kişini hansı vəzifəyə təyin edə bilərik?

#Yeniİl #Santa #HR #Ofis #Vakant 🎅🎁✨