Bir sənət əsəri yaranmadan öncə yaradıcı insan zəkasında onun eidolası yaranır. Platon fəlsəfəsində ağac bir fikirdirsə, deməli ağacın suda, aynada və ya hər hansısa bir görüntüdəki əksi bir eidoladır. Modern zamanda buna stil kimi baxmaq olar. Biz bu işi görüb ortaya çıxarmaqla məmnun olduq. Siz də ətrafınızla bölüşün, yazın, pozun ki, vizualın daha çox əksini görə bilək. İnanıram ki, daha da gözəl işlər bizi gözləyir 🗣️