Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Tarverdiyeva Meryem
  • Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi
    Tarverdiyeva Meryem
  • 29 Baxış
  • 09.05.2025
  • 7 dəq oxuma

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi

Mən o qədər çox bahalı rəsm tablolarında yer alacağamki, hər kəs ancaq bu qədər bahalı rəsm tablolarında yer almaq istəyəcək. Və mən elə biri olacağamki, mən olmadanda məni xatırlayanlar və kaşki onun dövründə doğulub onunla tanış olsaydım deyənlər olacaq..🪽❤️

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi

Bəlkədə inanmırdılar ama təəssüfki mən xəstə idim. Fəqət hamının bildiyi xəstəliklərdən deyildi bu. Bu psixologiyanın insana oynadığı oyunlardan biri idi. Hansıki bədəndəki enerjimi musiqi+rəqs+tullanmaqla çıxartmağa çalışırdım. Buna nail olurdummu deyə bilmərəm fəqət az da olsa bu dünyadan uzaqlaşdığım üçün rahatlayırdım. Axı mən seçməmişdim belə olmağı! Axı mən buna qərar verəcək gücdə biri deyildim! Niyə belə qəbul olunmurdumki? Nə edirdim axı? Kimə nə ziyanım dəyirdiki? Nə üçün qardaşım bunu görəndə mənə gicsən sən? Başı xarabdıye bunların nə enerji atmaq belə enerji atmaq olar? deyirdi... Ya da anam az tullan qonşular köçdü gecənin bir vaxtı deyərək bütün əsəblərimi alt-üst edirdi. Nə üçün mən hamını nəzərə almalı idim? İçimdə bitmək bilməyən ağrımı enerjimi nə üçün içimdən çıxartmalı deyildim? Bəlkə mənim də rahatlama şəklim bu cür idi? Bəlkədə bu bir xəstəlik idi. Adı da özündən qaçış xəstəliyi. Fəqət bu hələ elmə xəstəlik başlığıyla məlum deyildi. Bunun xəstəlik versiyası məndə müşahidə olunurdu. Ya da bu sadəcə əyləncə idi mənim aləmimdə. Mənim üçün əyləncə insanlar üçün xəstəlik..Gərək həmişə belə ola? Mən və insanlar olaraq 2 kateqoriyayamı ayırmalıyam onları? Axı niyə ? Niyə onlar hər kəsin əyləncəsinə xəstəlik kimi baxmağı seçirdilər? Axı niyə özlərinin belə özlərinə etiraf edə bilmədiyi şeyləri başqalarında görəndə aşağılıyırdılar? Nə üçün insanlar olduqları kimi qəbul olunmurdu? Nə üçün mənim bu vəziyyətim bu ona özəl bir üsuldu deyərək qiymətləndirilmirdi..? Hamı bir birinin kopyası olmağa məcburdurmu? Bəs əgər bu mənə uyğun gəlmirsə onda necə? Ya cəmiyyətlə uyğunlaşmamaq mənim doğuşdan gələn özəlliyimdirsə? İndi hansı yolu seçməliyəm özümə dair olan hər şeyi unudub , hər açılıb-yumulan ağızdan bir şey götürüb onların istədiyi kimi biri olmağımı, yoxsa öz özəlliklərimlə yola davam edib qalan bütün fikirləri özümdən uzaqlaşdırmağımı?  İkinci daha sağlam görünsə də birinci daha əziyyətlidir. Fəqət bəs ən sonda həyatdan köçəndə hansı yolu seçsəm peşman olmazdım? İstədiyim kimi yaşadığım üçünmü, yoxsa istəmədiyim biri olduğum üçünmü? Oysa ölüm ayağında olan insanlar ən çox özü kimi ola bilmədiyi ,istədiyi şeyləri çatdıra bilmədiyi üçün üzülürlər.  Qəlbim bu vəziyyətə görə o qədər narahat olurki.. Peşman olmayacağım bir ömür yaşaya bilməmək necə də ağır səslənir. Yaxşısıyla pisiylə əyrisiylə doğrusuyla , ağıyla qarasıyla. Bir tərəfdən də insanın qorxduğu şey başına gəlir. Hökümə də yanmaqdan qorxduğu üçünmü yanaraq öldümü yoxsa? Bunlar təsadüfmü? O zaman indidən etibarən qorxduğum şeylərlə üzləşməyə başlamalıyam. Axı mən ürkək ceyranam hər şeydən tez qorxuram. Oysa o qədər cəsarətli olmaq istəyirəmki.. onun kimi.. Onun haqqında bir gün geniş bir şəkildə yazacağam. Həyatda olmayıb həyatımın acı dolu parçasında yer alan ən parlaq hissəm..Səni görməyə gələcəm , fəqət hələ səni görməkdən qorxuram. Bununla barışar barışmaz bu qorxumu yenər yenməz gəlib sənə baş çəkəcəyəm. Soyuq məzarına toxunacaq , hönkür -hönkür ağlayacağam..Sənin məzarına qərənfil deyil qızılgüllər qoyacağam. Axı bilirsən sən mənimçün ölü deyilsən dirisən. Mən bununla barışsamda belə mənim üçün yaşayan birinin məzarına necə qərənfil qoya bilərəmki?  Qorxularımı sıralayaraq bir-bir öhdəsindən gələcəyimə sənin məzarına and içirəm. Mən ancaq bu andı ciddiyə alıb addım ata bilərəm. Necə anam deyire ki özünə görə etmirsənsə mənə görə et. Mənə görə özünü dəyiş başının içindəki o xəstəliyi düzəlt..Mənsə sadəcə sənə görə sənə söz verdiyimə görə bunu edə bilərəm. Axı bu həyatda ən önəmsədiyim , ölümsüz hesab etdiyim, ən çox güvəndiyim və sevdiyim sən olmusan.. Sənin məzarına and içirəmki, mən o qədər özgüvənli olacağamki, hər kəs bunun özündə olmasını arzu edəcək. Mən o qədər bacarıqlı olacağamki hər kəs ancaq bu qədər bacarıqlı olmaq istəyəcək. Mən o qədər gözəl olacağamki hər kəs ancaq bu qədər gözəl olmaq istəyəcək. Mən o qədər şəfalı ruha sahib olacağamki hər kəs mənim əllərimdən dillərimdən və ruhumun səsindən şəfalanmaq üçün növbəyə duracaq. Mən o qədər seviləcəyəmki, hər kəs ən az mən qədər sevilmək istəyəcək. Mən o qədər ağıllı və məntiqli olacağamki hər kəs mənim qədər ağıllı və məntiqli olmaq istəyəcək. Mən o qədər dəyərli və önəmli olacağamki hər kəs ancaq bu qədər dəyərli və önəmli olmaq istəyəcək. Mən o qədər hər kəs tərəfindən ilk sıraya qoyulacağamki, hər kəs ancaq bu qədər ilk sıraya qoyulmaq istəyəcək. Mən o qədər yaradıcı və kreativ olacağamki hər kəs bu qədər yaradıcı və kreativ olmaq istəyəcək. Mən o qədər qürurlu və xoşbəxt olacağamki, hər kəs ancaq bu qədər qürurlu və xoşbəxt olmaq istəyəcək.  Mən o qədər incə düşüncəli və sevimli olacağamki hər kəs ancaq bu qədər düşüncəli və sevimli olmaq istəyəcək. Mən o qədər çox dualar , təriflər, hədiyyələr, mükafatlar alacağamki, hər kəs ancaq bu qədər dualar, təriflər, hədiyyələr, mükafatlar almaq istəyəcək. Mən o qədər anlayışlı və diqqətcil olacağamki hər kəs ancaq bu qədər anlayışlı və diqqətcil olmaq istəyəcək. Mən o qədər çox maddi və mənəvi zənginliyə çatacağamki hər kəs ancaq bu qədər maddi və mənəvi zənginliyə çatmaq istəyəcək. Mən o qədər xeyirxah, əliaçıq və yardımsevər olacağamki, hər kəs ancaq bu qədər xeyirxah, əliaçıq və yardımsevər olacaq. Mən o qədər baxımlı , səliqəli və fit olacağamki hər kəs ancaq bu qədər baxımlı, səliqəli və fit olmaq istəyəcək. Mən o qədər çox bahalı rəsm tablolarında yer alacağamki, hər kəs ancaq bu qədər bahalı rəsm tablolarında yer almaq istəyəcək. Və mən elə biri olacağamki, mən olmadanda məni xatırlayanlar və kaşki onun dövründə doğulub onunla tanış olsaydım deyənlər olacaq..🪽❤️

Digər məqalələr

Sahildəki GÖRÜŞ 🌊

Sahildəki GÖRÜŞ 🌊

  • 24 Baxış
  • 28.04.2025
  • 6 dəq oxuma
Həyat gecikənləri sevmir deyə bir ifadə eşitmişdim. Deyəsən bu ifadəyə özümü çox qapdırmışam. Ya da bu ifadəni artıq həyat devizinə çevirməyə başlamış ...
Hər kəs
Daha çox
Bir 💐-ə möhtac qadın 🙍🏻‍♀️

Bir 💐-ə möhtac qadın 🙍🏻‍♀️

  • 72 Baxış
  • 15.04.2025
  • 4 dəq oxuma
Qadınlar ay qadınlar. Kişilərin əllərinə, ciblərinə, qəlblərinə meyillənib, özlərindən xəbərsiz olan qadınlar. Axtardıqları suallarına cavab axtarmaq ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.