Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Tarverdiyeva Meryem
  • Taxtından imtina edən 🪽KRALİÇA🪽
    Tarverdiyeva Meryem
  • 103 Baxış
  • 26.02.2025
  • 3 dəq oxuma

Taxtından imtina edən 🪽KRALİÇA🪽

Öz yerini tərk edərkən unutma: Sənin taxtın tərk etdiyin yerdə deyil, hələ kəşf edə bilmədiyin bir yerdədir. Parlamaq üçün hər cilddə oynamaq lazım deyil, sənə yaraşan obrazı canlandırmağın kifayətdir. Hər paltarın aid olduğu bir bədən olduğu kimi, hər obrazın da yaraşdığı bir ruh mütləqki vardır:)

Taxtından imtina edən 🪽KRALİÇA🪽

Siz heç taxtından imtina edən kraliça görmüsünüz? Bəlkə hə, bəlkədə yox. Mən görmüşəm. Baş rolu canlandıran obrazların səhnəni tərk etməsi buna nümunədir. Pərdə arxasında hər şey xaosu xatırladır. Fəqət burda hər kəsin düşündüyü bir şey var: Güclü alqışlar almalıyıq və bizdən razı qalmalıdırlar. Bu amalla səhnə arxasından boylanıb tamaşaçılara baxanda içində qəribə bir hiss baş qaldırır. O ana qədər olan bütün vecsizliyin öz yerini məsuliyyətə verir. Bu məsuliyyəti öz üzərində daşımaq səni həyəcanlandırır. Və sən düşünürsənki, mən səhnədə olarkən zaldakı hər kəsi unutmağa çalışmalıyam. Çünki ən professional aktyor və aktrisalar belə edirlər. Mən də belə etdim. Səhnədə kraliça roluna bürünmüşdüm, fəqət özümü ürkək kraliça kimi hiss edirdim. Taxtım, tacım, paltarım, saç düzümüm hər şey ürəyimcə idi. Fəqət işığın gözlərimə təmas edib, məni parlatması diqqətimi yayındırırdı. Öz səhnəmi yerinə yetirənə qədər işıqla mübarizə aparırdım. İşıq məni parlatdıqca mən həyəcandan taxtımı bərk-bərk sıxırdım. Özümü professional bir aktrisa kimi göstərməli idim. Axı bu mənim ilk səhnəm olsada belə, bunu bizdən başqa heç kəs bilmirdi. İlk dəfə üçün hamımız çox professional şəkildə oynadıq. Hər kəs öz roluna yaraşırdı. Rolları bizə yaraşdıran xarici müəllimlərimiz bu mövzuda çox peşəkar idilər. Çünki, mən sindrella olmaq istəyirdim, fəqət mənim obrazım ən çox kraliçaya uyğun idi. Bu dəfə söz eşitdim və kraliça olmağı qəbul etdim. Ancaq mənim kraliçalığımın ömrü səhnəm bitənə qədər idi. Mən taxtımı səhnədən gedərkən tərk etmişdim. Başqa bir-iki obraz canlandırsamda, queen olmağın yeri başqa idi. Bu rola bu qədər yaraşmağıma səbəb, bəlkə də anamın məni lider ruhlu böyütməsi idi. Köməkçi və qısa rollar mənə görə deyildi. Mən günəş kimi öz işığımla parlamalı və diqqət mərkəzində olmalı idim. Axı mən qarşı cəbhədə olacaq cəsarətdə böyüdülmüşdüm. Taxtını  tərk edən hər kraliça bir gün öz yeri üçün darıxa bilir. Fəqət bəzən, eyni bir yerdə mübarizə aparmaq səni bəlirli nəticələrə aparmaya bilir. Bəzən taxtından, var dövlətindən belə bezib öz komana çəkilə bilirsən. Bəzən 4 divarlı ev belə sənə yaşamaq üçün çox gələ bilir. Kraliçalığını dadan hər queen bir gün bunu tərk etməyi də gözə almalıdır. Fəqət , taxtını tərk edən neçə kraliça öz qərarlarını özü verir? Öz yerini boş saxlayan neçə kraliçanın yeri dolmur? Yoxsa unudulmaq bu dövrün ənənəsidir? Kraliçada olsan, siravi vətəndaşda  öz izini qoymadığın hər an unudulmağa məhkumsan. Baş rol  sənin olsada  belə, bəzən dincəlmək üçün fasiləyə  ehtiyacın ola bilər. Taxtın səni sıxırsa, onu belə geridə buraxacaq qədər cəsarətli olmalısan. Yerini tərk etmək hər zaman hekayəni bitirmək mənasına gəlmir. Bəzən yerini tərk etmək, qurulacaq yeni təməlin daha sağlam olacağı mənasına gəlir

Digər məqalələr

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ x

  • 29 Baxış
  • 09.05.2025
  • 7 dəq oxuma
Mən o qədər çox bahalı rəsm tablolarında yer alacağamki, hər kəs ancaq bu qədər bahalı rəsm tablolarında yer almaq istəyəcək. Və mən elə biri olacağam ...
Hər kəs
Daha çox
Sahildəki GÖRÜŞ 🌊

Sahildəki GÖRÜŞ 🌊

  • 25 Baxış
  • 28.04.2025
  • 6 dəq oxuma
Həyat gecikənləri sevmir deyə bir ifadə eşitmişdim. Deyəsən bu ifadəyə özümü çox qapdırmışam. Ya da bu ifadəni artıq həyat devizinə çevirməyə başlamış ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.