Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Tarverdiyeva Meryem
  • Bir 💐-ə möhtac qadın 🙍🏻‍♀️
    Tarverdiyeva Meryem
  • 72 Baxış
  • 15.04.2025
  • 4 dəq oxuma

Bir 💐-ə möhtac qadın 🙍🏻‍♀️

Qadınlar ay qadınlar. Kişilərin əllərinə, ciblərinə, qəlblərinə meyillənib, özlərindən xəbərsiz olan qadınlar. Axtardıqları suallarına cavab axtarmaq yerinə, sevdikləri uğruna özlərini, mənlərini fəda edən qadınlar. Etməyəcəyəm deyib edən və öz qürurunu heçə sayıb özlərini bir kənara atan qadınlar. Unutmayın: Öz dəyəriniz nə bir kişinin dodaqlarından çıxan bər-bəzəkli sözlərdən, nə də onların sizə xoş gəlməsi üçün aldıqları hədiyyələrdən asılı deyil. Sizin öz dəyəriniz, auranızdan, özünüzlə keçirdiyiniz zamana olan hörmətinizdən və gördüyünüz işlərə verdiyiniz sevgidən asılıdır🤍

Bir 💐-ə möhtac qadın 🙍🏻‍♀️

Bəzi qadınlar etiraf etməsələrdə diqqəti sevirlər. Qadınların diqqəti görmək istədikləri şəkillər bir-birindən fərqlənə bilir. Kimisi sözlərin qulaqlarını hansı tərzdə oxşamasıyla, kimisi gözlərinin heyranlıqdan təəcüblənməsiylə, kimisi incəsənətin, poeziyanın ruhunun dərinliyinə işləməsiylə , kimisi sözlərin əməllərlə göstərilməsiylə diqqəti sevir. Qadınlar diqqətdən daha  çox kişilərin  incə düşünməyinin çarəsiz xəstəliyindən əziyyət çəkirlər. Bəzən bu xəstəlik o qədər çox olurki, onlar özlərinə qarşı incə düşünməyi tamamən unutmuş olurlar.  Ayılandaki, artıq gözlədikləri qəlbini sevindirmir və heç bir gözlənti başqası tərəfindən tam ödənilmir,  həyatının incə xətlərini qalınlaşdırmağa başlayırlar . Maraqlıdır, kitablarda altından qalın xəttlə çəkdiyimiz cümlələr kimi , öz həyatımızında üstündən belə rahatlıqla qalın xətlər çəkirik. Sonra anlayırıqki, həyatımızın üstündən xətt çəkərək, başqasının həyatının altından xətt çəkdiyimiz üçün onun həyatının kölgəsində 

öz həyatımızı qurban veririk. Özünü seçməyən hər qadın bir gün bir kişi tərəfindən peşmançılığa uğrayır.  Sevgidə bəxti gətirməyən və Özünü günahlandıran hər qadın həyatının hansısa bir dönəmində bir və ya bir neçə kişi tərəfindən və ya kişilər haqqında deyilən fikirlərin təsirinə məruz qalıblar. Özlərini anaların, ataların, kişilərin , qadınların, bir sözlə cəm şəkilçisi ifadə edən hər bir kəsin qadınlar üzərində xüsusi təsiri olmuşdur. Özünü seçməyib, başqasına olan sevgisini seçən hər bir qadın kişi tərəfindən diqqətsizlik yaşadıqda bunu zaman-zaman faciəyə çevirə bilir. Çünki, sevgisinə sahib çıxan hər bir  qadın ,  daima onun sevgisini qızıl taxtda qoruyub saxlaya biləcək bir kişi axtarışında olur. Onunla uyğun və uyumlu olan bir kişi gördükdə bütün diqqətiylə onun başını döndürmək və ona cənnəti yaşatmaq istəyir.  Qadınların bu cəsarəti bir çox hallarda kişilərin hazır olmadığı cənnətdən qorxmalarına gətirib çıxardır. Bu sayədə qadın yaratdığı cənnətin zərərli olduğunu düşünüb , öz cənnətini yalnızca özüylə paylaşmağı seçir. Bu sayədə qadın xoşbəxtliyini bir kişi olsada, olmasada öz içində yaşamağa məhkum edilir. Bəzən öz içindəki cənnət onu belə şübhəyə salır. Axı bura gözəl olsaydı, mənim cənnətimi qoruya bilən bir kişiylə qarşılaşardım. Bu sayədə özündə problemlər axtarmağa və özünü günahlandıraraq təsəlli tapmağa çalışır. Qadın cənnətinə yox dedikcə, onu sevindirən şeylərdən uzaqlaşıb başqa bir qəlibə girdikcə kişinin cəhənnəminə hə demiş olur. Oysa kişinin cəhənnəmi onun aləmində qadını qoruyub saxlamaq mənasını daşıyır. Qadın və kişi aləmlərini birləşdirən insanlar aləmidir. İnsanlar aləmindən uzaqlaşdıqca öz cinslərimizin bizə qatdığı standartlara uyğun yaşamağa məcbur oluruq. Bu sayədə, qadağalar, ayıblar, olmazlar meydana çıxır. Cinslərimiz insanlığa.meydan oxuduğu üçün öz cənnətimizi yarada bilmirikki, bilmirik. Oysa kişilər qadınların cənnətini anlamağa.çalışsa onlarla birlikdə əylənsə öyrənsə, qadının verdiyi dəyərə daha çox dəyər qatsa o münasibətdən heç bir tərəf narazı qalmaz. Bir buket gülü gözləyən hər bir qadın bunu sevgi göstəricisi olaraq qiymətləndirir. Əgər bir qadının zövqündən bixəbərsinizsə, mütləq mənada ona gül və onun fikirlərini əks etdirən hədiyyələr alaraq diqqətli sevginizin olduğunu sübut edə bilərsiniz. Necəki maşın benzin olmadan hərəkət etmirsə, eləcədə sevgidə diqqət olmadan canlana bilməz. Qadınlar dünyanın ən canlı çiçəkləridir. Onları solmağa qoymayaq! Çünki qadınlar qidalandıqca cəmiyyət də boy atacaq. Qadınlar parladıqca, insanlıqda aydınlanacaq. Qadınlar güldükcə, ətraf aləm göz oxşayacaq. Və qadın var olduqca daha da yaxşısını var edəcək!🔥❤️

 

Digər məqalələr

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ xəstəliyi

Özümdən 🏃‍♀️‍➡️QAÇIŞ 🏃‍♀️‍➡️ x

  • 28 Baxış
  • 09.05.2025
  • 7 dəq oxuma
Mən o qədər çox bahalı rəsm tablolarında yer alacağamki, hər kəs ancaq bu qədər bahalı rəsm tablolarında yer almaq istəyəcək. Və mən elə biri olacağam ...
Hər kəs
Daha çox
Sahildəki GÖRÜŞ 🌊

Sahildəki GÖRÜŞ 🌊

  • 24 Baxış
  • 28.04.2025
  • 6 dəq oxuma
Həyat gecikənləri sevmir deyə bir ifadə eşitmişdim. Deyəsən bu ifadəyə özümü çox qapdırmışam. Ya da bu ifadəni artıq həyat devizinə çevirməyə başlamış ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.