Zəfər

Gəlirlər dəstə-dəstə, Görürsən asta-asta...


650 baxış
30.07.2023
1 dəq oxuma

Səhər açıldıqca, gözlərim qapanır,

Gecəylə dostdur gözlərim, düşməndir yuxum.
 

Sübh məni başqa dünyalara aparır,
 

Mən də oturub bir küncdə,
 

Səni düşünürəm,
 

Hər düşüncə ömürdən kəsir dəqiqələrimi,
 

Fədadı vaxtım, yoxumdu çoxum.

 

Mən insandan daha çox radio kimiyəm,
 

Dalğayla işləyirəm.
 

Arada frekanslarım qatışır bir birinə,
 

Arada səs gedir qayıdır,
 

Arada kəsilir rabitəmiz.
 

Bir dalğadan tutub tutub əbədi,
 

Yaşayacağım günləri fikirləşirəm.

 

Bu günlər böyük gündü, şiddətlənir müharibələr qəlblərdə,
 

Solur qızıl güllər əllərdə,
 

Ümid azalır biz keçdikcə
 

İllərdən illərə.

 

Bu günlər böyük gündü
 

Gəlirlər dəstə-dəstə,
 

Görürsən asta-asta
 

Yaxındı qəlblərin fəthi, yaxındı qələbə
 

Ondan istə.

Yuxu aparır, bəlkə də indilik, bəlkə də əbədi,
Yuxuda görüşərik.