Həqiqət (islamdanqabaq)

...mən axtarışlarımın ardıyca, sən isə həzzlərinin, Sən tanrını görmədən qarşı çıx, mən mələklərinə olacam təslim...


539 baxış
30.07.2023
1 dəq oxuma

Son şeirlər qalsın miras sənə,


Son sətirlər artıq sıxır ruhumu,



Və uzun bir axtarışa çıxıb son dəfə,


Ardınca xəyallarımın,
 

ardınca göylərin, 
 

Mən bilirəm var fəzanın hardasa sonu,
 

Mən bilirəm tanrının krallığı
 

göyqurşağının arxasındakı dağın qoynunda,
 

Mən bilirəm həqiqəti
 

tapacam qoca dərvişdən,
 

Şərqin romantizminə,
 

qərbin fəlsəfəsinə qərq olacam.
 

Mən axtarışlarımın ardıyca,
 

sən isə həzzlərinin,
 

Sən tanrını görmədən qarşı çıx,
 

mən mələklərinə olacam təslim.
 

Daş-torpaq binaların arasında, 
 

Ya Ərdəbildə ya da Kərbalada,
 

Ya Praqada bir kilsənin divarlarında,
 

Ya da elə Bakının
 

bu eşsiz küçələrində,
 

Ya da gecələr hündür göydələnlərdə,
 

Ya yandırıb sevgini, küllərini alıb əlimə,
 

Ya da əllərimi dəydirib sənin əllərinə
 

Mənim bədənim yerdə və göylərdə ruhum,
 

Bu nə sufilik nə hürufilik,
 

Nə möminlik, nə də dinsizlik.
 

Bu sözlər hər bir hərfinə qədər həqiqət,
 

Lakin sənin gözlərin pərdəli, dost,
 

Ya da mənim gözlərimi çox açıb zaman