Orkhan Amiraslan

Orkhan Amiraslan

Hardware Developer (Elektronika Mühəndisi)
  • 5 Dəstəkçi
Orkhan Amiraslan üçün kofe al
Bu mesajı şəxsi edin
Orkhan Amiraslan
Hardware Developer (Elektronika Mühəndisi)

Salam hörmətli dost, 

O ki, bəzi insanlar olur uşaqlıqdan marağının arxasınca gedib, kariyera yolunu öz marağı doğrultusunda seçir. Mən də həmin şanslı insanlardanam deyərdim. Kiçik yaşlardan elektrik və elektrotexnikaya olan hədsiz marağım mənim hazırda Elektronika mühəndisi (Hardware Developer) olmağıma gətirib çıxardı. 

Ölkəmizdə olan ortaq maraqlı insanları bir yerə toplamaq və elmə texnologiyaya olan marağı daha da artırmaq üçün bir texnolojki emalatxana (Makerspace) və paralel video blog kanalı açmaq qərarına gəldim. 2016-cı ildən fəaliyyət göstərən bir vlog kanalımız və 2021-ci ildən də şəhərin mərkəzində fəaliyyət göstərən bir fiziki məkanımız mövcuddur. 

Mənə dəstək olmaqla ölkəmizdə STEAM təhsilinə, elektronikaya və ümumən texnologiyaya olan marağın artmasında, yeni texniki kadrların həvəsləndirilməsində və yetişməsində  köməklik etmiş olarsınız. 

Faydalı keçidlər:

Dəstək olduğunuz üçün əvvəlcədən minnətdarlığımı bildirirəm. 

Hörmətlə, 

Orxan