Vaqif Səmədoğlu - Gəlmə şeiri

Bu gün sizinlə sevimli şairlərimizdən birinin gözəl bir şeirini paylaşmaq istəyirəm. Şeir, ruhumuzu qidalandıran və bizi düşüncələrə aparan bir sənətdir. Gəlin, birlikdə oxuyaq və hiss edək! 📖✨ Sizin ən sevdiyiniz şeir hansıdır? Şərhlərdə bizimlə paylaşın! 🖋


641 baxış
31.07.2024
1 dəq oxuma

Ayrılıq mehriban,
Ayrılıq doğma.
Gəlmə.
Ayrılığın evini yıxma.
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər.
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə.
Xeyli dərd lazımdır ölməkçün
Gəlmə,
Gəlmə...
Belə qalım, azadam,
Azad.
Mənə bu dünyada, O dünyada yad.


Vaqif Səmədoğlu 

#ədəbiyyatçı #ədəbiyyat #ədəbiyyatdunyası #ədəbiyyatdanseçmələr #şeirlərimiz #şeirlər #şeirlərdənparçalar #şeir #vaqifsəmədoğlu