Nəbi Xəzri -"Ürək"

Nəbi Xəzrinin - Ürək şeiri ilə tanış olaq


720 baxış
18.04.2024
1 dəq oxuma

Ürək

Yaralar təzədən qövr edir ürək,

Niyə könül verdin ona sən, ürək?

Sevmədi o səni, sən niyə sevdin? 

Səni sevməyəni sən niyə sevdin?

Eşqinə mən qurban gedim ay ürək, 

Dedim, neçə dəfə dedim, ay ürək,

Sevməyir o səni, niyə sevirsən? 

Səni sevməyəni niyə sevirsən?

Sözümə baxmadın, indi yan ürək, 

Yan ey mənim təki peşiman ürək,

Sevmirdi o səni, niyə sevirdin? 

Səni sevməyəni niyə sevirdin?!…