Zəngin Təfəkkür ilə Kasıb Təfəkkür Arasındakı Fərq Nədir?
Zəngin təfəkkürlə kasıb təfəkkür arasındakı fərq ilk növbədə həyata baxış və yanaşma tərzindədir. Zəngin təfəkkür başqalarının əngəl kimi gördüyünü fürsət olaraq qəbul edir, çətinlikləri öyrənmə imkanları, səhvləri isə uğura aparan addımlar kimi görür. Zəngin zehniyyət dəyərləri inkişafa meyllidir və arzulardan daha çox məqsədlərlə idarə olunur. Əksinə, kasıb zehniyyət həll yollarından daha çox problemlərə fokuslanır, şəraitə qarşı reaktivdir, uğursuzluqları düşüş kimi görür, böyük ölçüdə qorxu və yetərsizlik hissi tərəfindən idarə edilir, çox zaman uzun vədəli qazanclardansa ani gələn rahatlığa üstünlük verir.
Öz hesabına milyonçu olmuş insanların əksəriyyəti işə kasıb və ya yoxsul kimi başlayır, lakin zəngin zehniyyətə sahib olmaları zamanla sərvət yaradan şeyləri etməklə onların maliyyə uğurlarına gətirib çıxarır. Özünü-təhsil (self-education) və özünün bütün formalarıyla formal təhsil, maliyyə savadlılığı, sosial bacarıqlar, ünsiyyət bacarıqları, biznes, satış və marketinq bacarıqları zəngin zehniyyətin təməlində dayanır. Kasıb zehniyyət isə neqativ olmağa meyllidir, bir inancda sabitlənir və özünü düşdüyü vəziyyətin qurbanı kimi görür.
Gəlin zəngin və kasıb təfəkkür arasındakı 15 əsas fərqə baxaq.
- Zəngin Zehniyyət Reaktiv Deyil, Proaktivdir.
Zəngin təfəkkür baş verənlərə ani reaksiya verməkdənsə, nəzarəti ələ alır, gedişatı müəyyən edir və nəticəni özü diktə edir. Həyatları üçün tam məsuliyyət daşıyırlar, hədəflər qoyurlar və onlara uyğun hərəkət edirlər.
2. Zəngin Zehniyyət Sabit (Fixed) deyil, İnkişaf edən (Growth) Zehniyyətdir.
Zəngin təfəkkürə malik olanlar öyrənmək və inkişaf etmək imkanlarına inanırlar. Bacarıqlarının inkişaf etdirilə biləcəyini bilirlər ki, bu da öyrənmə sevgisinə və böyük nailiyyətlər üçün vacib olan dayanıqlılığa yol açır.
3. Zəngin Zehniyyət Komfort Deyil, Fürsət Axtarır.
Zəngin təfəkkürə malik insanlar riskə meyllidirlər, həmişə öz sərvətlərini, biliklərini və həyatlarını yaxşılaşdırmaq üçün fürsət axtarırlar. Onlar qeyri-müəyyənlikdən rahatdırlar və uğur qazanmaq üçün komfort zonalarını tərk etməli olduqlarını başa düşürlər.
4. Zəngin Zehniyyət Neqativ Deyil, Pozitivdir.
Zəngin təfəkkür xəyallarının gücünə inanaraq pozitiv və optimist qalır. Neqativliyin sizi aşağı çəkdiyini və irəliləməyə mane olduğunu bilirlər.
5. Zəngin Zehniyyət Kapitalizmi Sevir.
Zəngin zehniyyətə görə kapitalizm azadlığı, imkanları və rifah potensialını təmsil edir. Kapitalizmi qorxulacaq və ya inciniləcək bir sistem deyil, sərvət yaratmaq üçün istifadə edilə bilən bir alət kimi görürlər.
6. Zəngin Zehniyyət Maaş Üçün İşləmək Deyil, İnsanları Işə Götürmək İstəyir.
Zəngin təfəkkür azadlığa və öz səylərinin nəticəsi üzərində nəzarətə yüksək dəyər verir. Onlar sadəcə maaş üçün işləmək deyil, öz arzularını reallaşdırmaq, başqalarını işə götürmək və cəmiyyətə töhfə vermək istəyirlər.
7. Zəngin Zehniyyət İstehlak Etməkdən Daha Çox Məhsul Yaratmağa Fokuslanır.
Zəngin təfəkkürə malik insanlar yaratmağın gücünü dərk edirlər. Başqalarının yaratdıqlarını istehlak etməkdənsə, dünyaya töhfə verməyə, dəyər yaratmağa və sərvət yaratmağa fokuslanırlar.
8. Zəngin Zehniyyət Biznes Qurmağa Çalışır, Biznes Sahibləri Üçün İşləməyə deyil.
Zəngin zehniyyət gəminin kapitanı olmağa üstünlük verir. Potensialı onlara maliyyə azadlığı və qalıcı təsir yaratmaq şansı verəcək bizneslərin yaradılmasında görürlər.
9. Zəngin Zehniyyət Tərzi İstehlakçı Borcunu Əldə Etmək Üçün Borc Ala Biləcəklərini Deyil, Xalis Dəyəri Düşünür.
Zəngin zehniyyətə malik insanlar aktivlər almaq və passivləri azaltmaqla öz xalis sərvətlərini artırmağa fokuslanırlar. Onlar istehlak kreditləri deyil, sərvət artırmaq bacarığı əldə etmək istəyirlər.
10. Zəngin Zehniyyət Borc Ödənişləri Deyil, Nağd Pul Axınını Təmin Edən Aktivlər Baxımından Düşünür.
Zəngin zehniyyət pul axınının kral olduğunu başa düşür. Pullarını resurslarını tükəndirən passivlərə xərcləməkdənsə, gəlir gətirən aktivlərə yatırırlar.
11. Zəngin Zehniyyət Şərtlərin Qurbanı Olmaq Yox, Öhdəsindən Gəlmək İstəyir.
Zəngin zehniyyət şəraitin onları müəyyən etməsinə icazə vermir. Çətinlikləri təslim olmaq üçün səbəb deyil, öyrənmək və inkişaf etmək üçün fürsət kimi istifadə edərək onlarla baş-başa gəlirlər.
12. Zəngin Zehniyyət Yaratmağı, Kasıb İsə Istehlak Etməyi Sevir.
Zəngin zehniyyət yaratmağı və qurmağı sevir. İdeyalarının həyata keçdiyini və dəyər yaratdığını görməkdən həzz alırlar. Habelə kasıb zehniyyət çox vaxt uzunmüddətli maliyyə sağlamlığı bahasına olsa belə istehlaka fokuslanırlar.
13. Zəngin Zehniyyət Öyrənmə Bağımlısı, Kasıb Zehniyyət Əyləncə Bağımlısıdır.
Zəngin zehniyyət ömür boyu öyrənməyə inanır. Onlar daim öz bilik və bacarıqlarını təkmilləşdirməyə çalışırlar. Digər tərəfdən, kasıb zehniyyət uzunmüddətli böyümədən daha çox ani əyləncəyə öncəlik verir.
14. Zəngin Zehniyyət Aktivlər Toplayır, Kasıb Zehniyyət İsə Borc Yığır.
Zəngin təfəkkürə malik insanlar zamanla gəlir gətirən və ya dəyər qazanan aktivləri əldə etməyə fokuslanırlar. Əksinə, yoxsul zehniyyət adətən borc yığır, dəyərini itirən və ya davamlı maliyyə öhdəlikləri yaradan şeylərə pul xərcləyir.
15. Zəngin Zehniyyətin Məqsədləri, Kasıb Zehniyyətin İsə Arzuları Var.
Zəngin zehniyyət məqsədyönlüdür. Onlar qarşılarına aydın, əldə edilə bilən məqsədlər qoyurlar və onlara nail olmaq üçün yorulmadan çalışırlar. Digər tərəfdən, kasıb zehniyyət arzularını həyata keçirmək üçün konkret bir reallaşdırma planı olmayan arzulara sahib olmağa meyllidir.
Əsas Çıxarışlar
- Zəngin zehniyyəti reaktiv deyil, proaktiv yanaşma xarakterizə edir.
- Böyümə zehniyyəti (growth mindset) uğur üçün çox vacibdir.
- Zəngin zehniyyət güvənlik yerinə fürsət axtarır.
- İrəliləmək üçün pozitivlik vacibdir.
- Kapitalizmi qəbul etmək rifaha gətirib çıxara bilər.
- Məhsul və bizneslər yaratmaq, yalnız istehlak etməkdən və ya onlar üçün işləməkdən daha faydalıdır.
- Kreditlərə və borclara deyil, xalis dəyər və pul axınının yaxşılaşdırılmasına foksulanın.
- Çətinliklərə keçilməz maneələr kimi deyil, inkişaf üçün imkanlar kimi baxmaq lazımdır.
- Həyat boyu öyrənmə və aktivlərin yığılması maliyyə uğuru üçün çox vacibdir.
- Sadəcə arzular deyil, məqsədlər zənginliyə və rifaha aparır.
Nəticə
Zəngin və kasıb zehniyyət arasındakı fərq bankdakı pulun miqdarı ilə hüdudlanmır. Bu, insanın həyata, çətinliklərə, fürsətlərə və maliyyə qərarlarına necə baxdığı ilə bağlıdır. Zəngin düşüncə tərzini mənimsəmək - proaktiv olmaq, böyümə zehniyyətini mənimsəmək, fürsətlərə fokuslanmaq, pozitivliyi qorumaq, kapitalizmi sevmək, başqalarını işə götürmək, məhsul yaratmaq, biznes qurmaq, xalis sərvəti artırmaq, aktivlər toplamaq, şəraitin öhdəsindən gəlmək, öyrənməyə öncəlik vermək və hədəflər qoymaq - sizi maliyyə uğuru və rifaha aparan yola çıxarar.
Məqalə sizin üçün faydalı oldusa mənə bir kofe ☕ almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
Məqalənin orijinalını oxumaq üçün yazının üstünə klikləyin.
Əlavə olaraq tərcümə edilməsini istədiyiniz məqalələri [email protected] email adresinə yazaraq mənə yönləndirə bilərsiniz.