İngiliscə öyrənmənin 21 prinsipi
İngiliscə və ya hər hansı yeni bir dil öyrənərkən insanın ağlına çox sayda suallar gəlir.
"Hansı mənbələrdən istifadə etməliyəm?", "Dinləmə etməliyəmmi?", "Danışmağa nə zaman başlamalıyam?" və "Qrammatika işləmək üçün ən uyğun zaman hansıdır?" kimi suallar bunlardan bəziləridir.
Dil öyrənmək uzun müddət davam edən bir yoldur və bu yolda bir çox sual və çətinliklərlə qarşılaşacaqsınız. Bundan əlavə olaraq irəliləmənizin tipik olaraq necə həyata keçdiyini tam olaraq bilməməyiniz əhvalınızın pozulmasına səbəb ola bilər.
Bu səbəbdən burda yeni bir dil öyrənmənin prinsiplərini yazacağam. Dil öyrənərkən mənbə və material seçimi kimi qərar vermək lazım olanda hər zaman bu prinsipləri istifadə edirəm və bunun nəticəsində stress (gərginlik) və işin çətinliyi azalır.
Elə isə gəlin bu prinsipləri birlikdə səsli olaraq oxuyaq:
- Öyrənməyə başlamaq işin ən çətin qismidir. Bu səbəbdən bugün başlayacam. 5-10 dəqiqə olsa belə işləyəcəm.
- Başlayarkən özümə 3-4 saat kimi uzun müddət çalışma hədəfi qoymayacam. İlk başlarda 10 və ya 15 dəqiqəlik çalışma hədəfi qoyacağam. Bu hədəfə çatdıqdan sonra çalışmağa davam etmək mənim əlimdədir. Əsas olan mütəmadi bir şəkildə davam etməkdir.
- İngiliscə öyrənməyin uzun bir proses olduğunun fərqindəyəm. Bu səbəbdən qısa zamanda axıcı ingiliscə danışmamaq əhvalımı pozmayacaq.
- Bəzən ingiliscə öyrənməyin yavaşladığı, hətta dayandığı dönəmlər olacaq. Bu dönəmlərdə ara verməyib çalışmağa davam edəcəyim təqdirdə bir müddət sonra ani bir irəliləmə hiss etməyə başlayacağımı bilirəm.
- İngilis dili ilə əlaqəli bilmədiyim bir şey məni qorxutmayacaq. Tam əksinə öyrənib danışığıma əlavə edə biləcəyim üçün məni həyəcanlandıracaq.
- Ana dili ingiliscə olan insanlarla danışmağı nə qədər ertələsəm, o qədər qorxulu olacaq. Ona görə də ən qısa zamanda danışmağa başlayacağam.
- İlk başlarda başa düşmədiyim çox şey olacaq və qurduğum hər cümlə yanlış olacaq. Bunun çox normal olduğunu və əsl vacib olan şeyin danışmaq qorxusuna qalib gəlmək olduğunu bilirəm.
- Biriylə ilk dəfə danışdığımda utanmağım üçün heç bir səbəb yoxdur çünki qarşımdakı adam bunun fərqində olacaq və danışmaq mövzusunda anlaşmış olacağıq.
- Xüsusilə ilk başlarda müəyyən tələffüz şəkillərinə diqqət edəcəm. Çünki bilirəm ki, bu mövzuda yaranan pis bir vərdişi (yanlış tələffüzü) düzəltmək gələcəkdə çox çətin olacaq.
- Boş olan hər zamanımı dəyərləndirə biləcəyimin fərqindəyəm. Avtobusda, küçədə gəzərkən və ya dostumu gözləyərkən dinləmə və ya oxuma praktikası edə bilərəm.
- Söz bilmək işin 60%-idir. Ona görə də hər gün yeni söz öyrənməyə və daha əvvəl öyrəndiklərimi təkrar etməyə zaman ayıracağam.
- Bəzi sözləri danışığıma qata bilmək üçün 3-4 hətta bəzən 5 dəfədən də çox istifadəsini görməyim lazım ola biləcəyini bilirəm. Bu səbəbdən yeni öyrəndiyim bir sözü unutmaq kefimi pozmur.
- Danışmaq qorxuma qalib gəldikdən sonra 2-3 nəfərlə mütəmadi olaraq danışıq praktikalarıma davam edəcəm. Bu bir müəllimlə, dostumla və ya Language Exchange Meeting-lərində, proqramlarında tanış olduğum insanlarla ola bilər.
- Əgər hər hansı bir nöqtədə prosesdən sıxıldığımı hiss etsəm bir müddət fasilə verəcəm.
- Praktiki çalışmalarımda mütəmadi olaraq dinləmə və dinlədiyimi başa düşmə çalışmalarına yer verəcəm.
- Hər gün yeni bir şey öyrənməkdənsə, geriyə dönüb yeni öyrəndiyim bir şeyi təkrar etməyin əslində daha faydalı olduğunu bilirəm.
- Qrammatika kitabını açıb mövzuları ardıcıllıqla öyrənməkdənsə, ehtiyacım olanda lazım olan mövzunu öyrənməyin və onu dərhal istifadə etməyə başlamağın daha yaxşı olduğunun fərqindəyəm.
- Etdiyim qrammatik səhvlərin ingiliscə öyrənməyimi və danışmağımı əngəlləməsinə mütləq şəkildə icazə verməyəcəm.
- Əgər bir mənbə və ya materialdan sıxılsam (ki bu çox adamda tez-tez baş verir) marağımı təkrar artıracaq fərqli mənbələrə keçəcəm.
- İşləməyə qərar verdiyim bir materialı bitirmək məcburiyyətində deyiləm. Əgər bir nöqtədə o materialdan sıxılsam, yeni bir materiala keçib sürətli bir şəkildə irəliləməyimdə heç bir problem yoxdur.
- Son olaraq, işləyərkən heç cürə başa düşə bilmədiyim bir şeyə ilişib qalıb əsəbləşməyimin yaxşı olmadığını bilirəm. İşlədiyim materialdakı hər şeyi başa düşmək məcburiyyətində deyiləm və bir nöqtəyə ilişib qalıb buna saatlar sərf etmək yerinə biraz irəlidə öyrənə biləcəyim 5-6 söz və mövzuya fokuslanmağımın daha faydalı olduğunu bilirəm.
Bəli, ingiliscə öyrənməyin 21 prinsipi bunlardır. Bu prinsipləri mənimsədiyiniz zaman işləməyiniz lazım olan mövzular və mənbələr mövzusunda daha yaxşı qərarlar verə biləcəksiniz və irəliləməniz avtomatik bir şəkildə olacaq.
Digər mövzularda görüşənədək. Özünüzə çox yaxşı baxın!
Məqalə sizin üçün faydalı oldusa mənə bir kofe ☕ almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
© Ruslan Aslanov
Sizlərə danışığın inkişafı üçün özümün də işlədiyim ingilis dili self-study paketini təklif edirəm.
Self-study paketi haqqında qısa məlumat:
Sizinlə paylaşacağım self-study paketindəki bütün materiallar ana dili ingiliscə olan müəllif tərəfindən səsləndirilmişdir. Paket Amerika mədəniyyətini və o mühiti əks etdirən mövzuları özündə birləşdirən hekayələrdən təşkil olunmuşdur. Dərslər dinləmə əsaslıdır. Hər dərs paketində eyni mövzuya aid 4-5 dərs olur və bunu bir həftə boyunca işləyirsiniz.Telegram qrupumda sizinlə pulsuz olaraq paylaşdığım planda "listen and repeat" yəni "dinlə və təkrar et" sistemi ilə irəliləyirsiniz. Bu paketdə isə əlavə olaraq "listen and answer" yəni "dinlə və cavab ver" formatında sual-cavab əsaslı dərslərlə işləyəcəksiniz. Bu dərslərlə işləmək üçün ən az Pre-Intermediate səviyyəsində olmalısınız. Yəni oxuduğunuzu 70-80% başa düşməlisiniz. Əks halda paketlə işləmək sizə çətin gələ bilər. Self-study etmək istəyənlərlə hər həftə 1 dərs seti paylaşıram. Dərs seti, dərslərin tipi və işləmə planı haqqında ətraflı şəkildə həm azərbaycan həm də ingilis dillərində sizinlə məlumat paylaşılacaq.
Paketi endirimli qiymətlə əldə etmək istəyənlər mənə kofe aldıqdan sonra Telegram-dan müraciət edə bilər. (Username: @RUSLAN_LINGUIST)