Bohinj - təəssüratlarımın ən ümdəsi

Sloveniya səyahətimin sonuncu təəssürat dayanacağı Bohinj gölü


1180 baxış
27.07.2023
1 dəq oxuma

Sloveniya səyahətimin sonuncu dayanacağı Bohinj gölü oldu. Zənnimcə, əgər həm sözün əsl mənasında təbiət görmək, həm Alplar havasını almaq və eyni zamanda büdcəli bir ölkə axtarırsızsa, o mütləq Sloveniya olmalıdır. Yəni nə Avstriyaya, nə də digərlərinə getməyə ehtiyac yoxdur. Burada yuxarıda sadaladıqlarımı tapa bilərsiz.

Qaldığım hosteli xüsusilə vurğulamalıyam. O hostel mənim üçün bir ikiqai fəlsəfəsi yaratdı (yapon xoşbəxtlik fəlsəfəsi). Unikal hostellərdən biridir mənim üçün. Gölün düz qırağında və çox rahat, komfort bir qonaqlama mərkəzi. Bled gölündən gələn avtobus hostelin önündə saxlayır, xoşbəxtlik. Pəncərinizi açırsız və görüntü insanı heyrətə gətirir.

Bu 6 günlük müddət ərzində piyada 118 km məsafə qət etdim, günə təxminən 20 km.

Ölkə daxilində qiymətləri çox bəyəndim.

Kofe | 1.50-4 euro arası

Əl üstü hər hansş bir yemək (pizza və s.) | 2-5 euro

Normal 1 nəfərlik restoranda yemək | 9-15 euro

Pivə | 2-5 euro (restoran və mağaza)

Səyahət xərclərimi sizlərlə bölüşmək istərdim:

🏷 All inclusive - 433 AZN (230 Euro) 💰

✅️ Nəqliyyatlar:

WizzAir: Baku – Budapest – Baku | 72 euro

Flixbus: Budapest – Ljublana – Budapest | 32 euro

Flixbus: Ljublana – Triest (İtaliya) – Ljublana | 20 euro

Local train-bus: Ljublana – Bled – Bohinj – Ljublana | təxminən 13 euro

✅️ Qonaqlama:

Hostel: 2 gece / Ljublana (Sloveniya) | 26.50 + 6 euro city tax

Hostel: 2 gece / Bled gölü (Sloveniya) | 45 euro

Hostel: 1 gece / Bohinj gölü (Sloveniya) | 20 euro

QEYD: Sloveniyaya getsəniz, MÜTLƏQ üzərinizdə nəğd pul götürün (euro).