İllərdir İT sahəsində çalışarkən ən çox qarşılaşdığım problemlərdən biri Azərbaycan dilində keyfiyyətli və sistemli tədris resurslarının az olması idi. Məhz bu səbəbdən bu kitabı hazırlamağa qərar verdim. Məqsədim mürəkkəb görünən sistem administratorluğu mövzularını sadə, anlaşıqlı və praktik nümunələrlə izah edərək hər kəs üçün əlçatan etməkdir.
Bu kitabda şəbəkə texnologiyaları, TCP/IP, IPv4 və IPv6, Subnetting, VLAN, STP, Windows Server, Linux Server, Active Directory, DNS, DHCP, Group Policy, virtualizasiya, monitorinq, təhlükəsizlik, ehtiyat nüsxələmə (Backup) və System Administrator peşəsində vacib olan bir çox mövzu addım-addım izah edilir.
Kitab həm İT sahəsinə yeni başlayanlar, həm universitet tələbələri, həm də biliklərini inkişaf etdirmək istəyən sistem administratorları üçün nəzərdə tutulub. Nəzəri biliklərlə yanaşı, real iş mühitində istifadə olunan praktiki nümunələr, laboratoriya tapşırıqları və tövsiyələr də kitaba əlavə olunub.
Ümid edirəm ki, bu kitab Azərbaycan dilində İT resurslarının inkişafına kiçik də olsa töhfə verəcək və System Administrator olmaq istəyən hər kəs üçün etibarlı bələdçi rolunu oynayacaq.
Kitabı oxuduqdan sonra rəy və təkliflərinizi bizimlə paylaşmağı unutmayın. Dəstəyiniz gələcək nəşrlərin daha da zənginləşdirilməsinə kömək edəcək.
Hər birinizə xoş mütaliə və uğurlu öyrənmə arzulayıram!
System Administrator Kitabını Yüklə (PDF)

