Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Orkhan Jalalov
  • Azərbaycan dilində “System Administrator” kitabı
    Orkhan Jalalov
  • 21 Views
  • 04.07.2026
  • 1 min read

Azərbaycan dilində “System Administrator” kitabı

Salam, hörmətli RootLab.AZ oxucuları! Bu gün sizinlə uzun müddətdir üzərində çalışdığım Azərbaycan dilində “System Administrator” kitabını böyük məmnuniyyətlə paylaşmaq istəyirəm.

Azərbaycan dilində “System Administrator” kitabı

İllərdir İT sahəsində çalışarkən ən çox qarşılaşdığım problemlərdən biri Azərbaycan dilində keyfiyyətli və sistemli tədris resurslarının az olması idi. Məhz bu səbəbdən bu kitabı hazırlamağa qərar verdim. Məqsədim mürəkkəb görünən sistem administratorluğu mövzularını sadə, anlaşıqlı və praktik nümunələrlə izah edərək hər kəs üçün əlçatan etməkdir.

Bu kitabda şəbəkə texnologiyaları, TCP/IP, IPv4 və IPv6, Subnetting, VLAN, STP, Windows Server, Linux Server, Active Directory, DNS, DHCP, Group Policy, virtualizasiya, monitorinq, təhlükəsizlik, ehtiyat nüsxələmə (Backup) və System Administrator peşəsində vacib olan bir çox mövzu addım-addım izah edilir.

Kitab həm İT sahəsinə yeni başlayanlar, həm universitet tələbələri, həm də biliklərini inkişaf etdirmək istəyən sistem administratorları üçün nəzərdə tutulub. Nəzəri biliklərlə yanaşı, real iş mühitində istifadə olunan praktiki nümunələr, laboratoriya tapşırıqları və tövsiyələr də kitaba əlavə olunub.

Ümid edirəm ki, bu kitab Azərbaycan dilində İT resurslarının inkişafına kiçik də olsa töhfə verəcək və System Administrator olmaq istəyən hər kəs üçün etibarlı bələdçi rolunu oynayacaq.

Kitabı oxuduqdan sonra rəy və təkliflərinizi bizimlə paylaşmağı unutmayın. Dəstəyiniz gələcək nəşrlərin daha da zənginləşdirilməsinə kömək edəcək.

Hər birinizə xoş mütaliə və uğurlu öyrənmə arzulayıram!

 

System Administrator Kitabını Yüklə (PDF)

Other posts

Telefonunuzda dərhal silməli olduğunuz programlar

Telefonunuzda dərhal silməli o

  • 21 Views
  • 04.07.2026
  • 2 min read
Salam, hörmətli RootLab.az oxucuları! Bu gün demək olar ki, hər bir smartfon istifadəçisini düşündürən vacib bir mövzudan danışacağıq. Telefonla ...
Public
More
IT Mütəxəssisləri üçün ən populyar pulsuz ingilis dili kitabları

IT Mütəxəssisləri üçün ən popu

  • 175 Views
  • 14.04.2026
  • 1 min read
IT Mütəxəssisləri üçün ən populyar pulsuz ingilis dili kitabları Salam dəyərli oxucular! IT sahəsində işləyirsinizsə və ya öyrənirsinizsə, ingilis d ...
Public
More

© 2026 BONPARA MMC. Bütün hüquqlar qorunur.

  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik