Stable Chat — yeni Sİ danışıq assistenti

Daha bir Sİ əsaslı çat-assistant axına qoşulub. Stability AI bir neçə gün əvvəl ChatGPT və ya Claude kimi söhbət etmə qabiliyyətinə malik olan Sİ assistentlərinə bənzər Stable Chat danışıq süni intellektini tədqiqat məqsədilə istifadəyə buraxdı.


1165 baxış
15.08.2023
1 dəq oxuma

İndi Stable Chat tədqiqatçıların və həvəskarların Stability AI modellərinin qabiliyyət və təhlükəsizliyini qiymətləndirmək üçün bir yol kimi nəzərdə tutulub.

İstifadəçilər BDM (böyük dil modeli - LLM) ilə söhbət etmək, problemləri həll etmə qabiliyyətlərini sınamaq və narahatlıq doğuran hər hansı qərəzli cavabları qeyd etmək üçün pulsuz hesab yarada bilərlər. Məqsəd buni Sİ icmasının köməyi ilə təkmilləşdirməkdir. Hazırda Stable Beluga əsasında işləyən Stable Chatı ən son tədqiqatları ilə davamlı olaraq yeniləməyi planlaşdırır.

https://research.stability.ai/chat


https://stability.ai/blog/stable-chat-research-defcon-ai-village