Midjourney-ə pulsuz alternativ

Stable Diffusion əsaslı bu proqram oflayndır, açıq mənbəlidir və pulsuzdur. Midjourney kimi, manual düzəlişlərə ehtiyac yoxdur - istifadəçilər sadəcə olaraq promptlara və şəkillərə diqqət yetirə bilərlər.


1215 baxış
24.08.2023
1 dəq oxuma

Fooocus - ControlNet developeri tərəfindən yaradılan, Midjourney konsepsiyası ilə ilhamlanan yeni webui-dir. Fooocus Stable Diffusion-dan oflayn rejimi, açıq mənbə kodu və pulsuz istifadəni miras alıb. Midjourney-dən isə Fooocus prompting sadəliyini əxz edib. İstifadəçilər bütün mürəkkəb texniki parametrləri unuda bilər və sadəcə şəkillər yaratma prosesindən zövq ala bilərlər.

  • Proqram SD XL modelinə əsaslanır.
  • Sadə quraşdırma prosesi var.
  • GPU yaddaşının minimum həcmi 4 GB təşkil edir (Nvidia).
  • Pulsuz Colab-da istifadə etmək olar.

    https://github.com/lllyasviel/Fooocus