Səlimov başının üzərindən yağan mərmilərə rəğmən yenə də mərdliklə döyüşürdü. Bu döyüş 30 il əvvəl itirdiyimiz torpaqlar, yəni Qarabağ uğrunda idi. Səlimov Vətən ilə yanaşı həm də ailəsi və hələ rəsmiləşməmiş ailəsi olan nişanlısı üçün vuruşurdu. Bütün bu sadalananları qorumaq, onları düşmən əlinə verməmək üçün.
Bu gün yenə yaxın məsafəli döyüşlərdən birinə girmişdi. Adətən, uzaq məsafəli silahlardan istifadə olunurdu. Bugünkü isə avtomat və süngü-bıçaq döyüşü idi. Səlimovun şücaəti o qədər çox idi ki, o bir addım da geriləmir, əksinə, ən riskli hallarda belə irəli addımlayırdı. Ancaq növbəti risklərdən biri heç də uğurlu alınmadı. Yaxınlıqda partlayan qumbaranın valnasına düşdü və təsirdən səngərə uçdu. Səngərin içinə yıxılıb qalan Səlimov ömrünün sonuna çatdığını düşünməyə başladı. Vətənini, onu layiqincə qoruduğunu, ailəsini, onlara layiqli övlad olduğunu düşündü.
Lakin nişanlısını düşünərkən qəlbində bir yerlərdə dərin bir sızlama duydu. Ona layiqli yoldaş ola bilməmişdi. Onu bu böyük və qəddar dünya ilə baş-başa, tənha qoyacaqdı.
Səlimov hərb boyunca heç vaxt ağlamamışdı. Ancaq indi ilk dəfə gözündən bir damcı yaş süzüldü. Əsgər yoldaşlarından utanmasa, bu damcıların davamı da olacaqdı. Ancaq utandı ki, birdən kimsə onun ağladığını görər.
Gözlərini yumub özünü ölümə təslim etdi. Bu qədər iztirab bəs idi.
Qulağına səs gəlməyə başladı. Bu səs, deyəsən, ölümün səsi idi. Səlimov diqqət kəsilib səsi dinləməyə başladı. Yox, yox. Bu səs nəsə başqa səs idi:
Minlərlə can qurban oldu,
Sinəm hərbə meydan oldu!
Bu sözləri haradan bildiyini xatırlamadı. Ancaq sözlər və eşitdiyi melodiya ona uşaq ikən təhsil aldığı məktəbi, həmçinin əsgər yoldaşlarını xatırlatdı. Bununla yanaşı şəhid olan dostlarını, əsgər yoldaşlarını xatırlatdı.
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Bu cümlələr ona qəhrəmanlarımızı, şəhid Mübariz İbrahimovun, Polad Həşimovun timsalında ordumuzun və ən əsası xalqımızın qəhrəmanlarını xatırlatdı.
Bütün bu düşüncələrdən ayrıldı. Çünki zehnini qurcalayan şey İsmayılova idi. İsmayılova onun nişanlısı, gələcək Səlimova idi.
Onunla birlikdə keçirdiyi xoş anlar xatirəsində canlanırdı. Səslər qulağında hələ də dövr edirdi. Gözlərini aça bilmir, həm səsləri dinləyir, həm də İsmayılovanı xülyasında canlandırırdı.
Sən olasan gülüstan,
Onlar birlikdə səyahətə çıxır, yeni yerlər kəşf edirdilər.
Sənə hər an can qurban!
Birlikdə yeni təamlar dadır, hər cür yeməklərin dadına baxırdılar.
Sənə min bir məhəbbət
Həyatda hər şeyin dadına baxmağa çalışır, heç nədən geri qalmırdılar.
Sinəmdə tutmuş məkan!
Səlimov nişanlısına balaca qız kimi davranır, onu öz uşağı kimi görüb qayğısına bir ata kimi qalırdı.
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Yay fəslində fərqli dondurmaların dadına baxırdılar. Birlikdə velosiped sürür, daha doğrusu, Səlimov nişanlısına velosiped sürməyi öyrədirdi.
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Soyuqda İsmayılova buz tutur, əlləri göyərir və isinmək üçün Səlimova hücum çəkirdi. Səlimov and içə bilərdi ki, düşməni zəbt etmək, əsgərlik çəkmək İsmayılovanın bu hücumundan qaça bilməkdən daha asan idi.
Ən çox yağışlı havanı sevirdilər. Çünki insanlar bu havada evində qalır və şəhər tamamilə boşalıb romantikləşir.
Şanlı Vətən! Şanlı Vətən!
Bakının ən görməli yerlərini əl-ələ tutub gəzmişdilər. İndi İsmayılovanın əli boş qalacaqdı.
Azərbaycan! Azərbaycan!
Səlimov gözünü açıb səngərdə həyat gördü. Bu İsmayılova idi. Səlimova gülümsəyərək yaxınlaşdı. Səslənib dedi ki:
"Yolunu gözləyirəm. Məni qoyub getmə. Qalx, xahiş edirəm. Qalx, sevgilim."
Səlimov bu dəfə həqiqətən gözünü açıb son misraları özü ucadan dedi:
Azərbaycan! Azərbaycan!
Xatırladı. Bu səs Vətənin səsi idi. Bu sözlər və melodiya himnin sözləri və melodiyası idi.
Vətən və İsmayılova onu çağırırdı. Onu səsləyirdi. Səlimov bu çağırışdan güc-qüvvət alıb ayağa qalxdı və yoluna davam etdi. 44 gün çəkən döyüşdən sonra sağ-salamat evinı qayıtdı. Artıq komandiri hərbidəki zabit heyəti deyildi. İndi onun komandiri "Cənab İsmayılova" idi. Səlimovun xoşbəxtliyi təkcə bununla bitmirdi. Bu xoşbəxtliyə onun döyüşdən zəfər qazanmış kəs olaraq qayıtması da əlavə olunurdu.
Son
Qəhrəmanov Hüseyn
Əlaqə: 0708663812
İnstagram: qahramanov.huseyn