Bu həftə Kofe.al-da çoxdan bəri hazırladığımız kiçik bir yeniliyi əlavə etdik. Nəhayət ki, Yaradıcı və Dəstəkçi hesablarını ayırdıq və bundan sonra platforma istifadəçiləri özlərinə uyğun hesab aça və istifadə edə bilərlər. Ancaq, bu yenilik sadəcə hesabların ayrılması ilə limitlənmir və hər iki hesab istifadəçilərinə yeni imkanlar tanıdır.
QEYD: Dəstəkçi kimi hər hansı bir yaradıcıya yalnız kofe almaq istəsəniz, hesab açmaq məcburiyyətiniz yoxdur.
İlk növbədə qeydiyyatdan başlayaq, belə ki, bundan sonra Qeydiyyatdan keçən istifadəçilər email və şiftər daxil etdikdən sonra, ikinci addımda Yaradıcı və ya Dəstəkçi hesabı açmaq istədiyini seçə bilər.
😎 Yaradıcı hesabı seçilərsə, siz növbəti addımda hesab üçün tələb olunan məlumatları dolduraraq, verifikasiya prosesinə davam edə bilərsiniz.
🤩 Dəstəkçi hesabı seçdiyinizdə isə, əlavə heç bir məlumat istənilmədən dərhal dəstəkçi panelinə keçid edəcəksiniz. Dəstəkçi hesabı üçün sizdən əlavə heç bir məlumat istənilmir və verifikasiya tələb olunmur.
Dəstəkçi hesabı nə üçün lazımdır?
1. Etdiyiniz bütün dəstəklərin tarixçəsini izləmək, Uğurlu və Uğursuz əməliyyatları görmək.
2. Tezliklə istifadəyə veriləcək Yaradıcı Abunəlik proqramına qoşulmaq istəsəniz, mütləq qeydiyyatdan keçməlisiniz ki, abunəliyiniz aktiv olsun. Eyni zamanda abunə olacağınız hesablar haqqında məlumat və əməliyyatların izlənməsini də apara biləcəksiniz.
Yuxarıda qeyd olunmuş yeniliklər Yaradıcılar üçün də aktivdir. Yəni siz yaradıcı olaraq, öz panelinizdən, yalnız sizə alınan "kofe" tarixçəsi deyil, eyni zamanda Sizin kimlərə dəstək olduğunuzu və abunə olduğunuzu da görə biləcəksiniz.
Tezliklə platformada digər yenilikləri də təqdim edəcəyik. Bizi izləmədə qalın…
