Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Kofe.al
  • Yeni Dəstəkçi hesabı aktivləşdirildi
    Kofe.al
  • 15 Views
  • 04.07.2026
  • 1 min read

Yeni Dəstəkçi hesabı aktivləşdirildi

Yeni dəstəkçi hesabı ilə yaradıcı şəxslərə dəstək olanlar da öz dəstək tarixçələrini izləyə bilərlər.

Yeni Dəstəkçi hesabı aktivləşdirildi

Bu həftə Kofe.al-da çoxdan bəri hazırladığımız kiçik bir yeniliyi əlavə etdik. Nəhayət ki, Yaradıcı və Dəstəkçi hesablarını ayırdıq və bundan sonra platforma istifadəçiləri özlərinə uyğun hesab aça və istifadə edə bilərlər. Ancaq, bu yenilik sadəcə hesabların ayrılması ilə limitlənmir və hər iki hesab istifadəçilərinə yeni imkanlar tanıdır. 

QEYD: Dəstəkçi kimi hər hansı bir yaradıcıya yalnız kofe almaq istəsəniz, hesab açmaq məcburiyyətiniz yoxdur.

İlk növbədə qeydiyyatdan başlayaq, belə ki, bundan sonra Qeydiyyatdan keçən istifadəçilər email və şiftər daxil etdikdən sonra, ikinci addımda Yaradıcı və ya Dəstəkçi hesabı açmaq istədiyini seçə bilər. 

😎 Yaradıcı hesabı seçilərsə, siz növbəti addımda hesab üçün tələb olunan məlumatları dolduraraq, verifikasiya prosesinə davam edə bilərsiniz.

🤩 Dəstəkçi hesabı seçdiyinizdə isə, əlavə heç bir məlumat istənilmədən dərhal dəstəkçi panelinə keçid edəcəksiniz. Dəstəkçi hesabı üçün sizdən əlavə heç bir məlumat istənilmir və verifikasiya tələb olunmur.

Dəstəkçi hesabı nə üçün lazımdır?

1. Etdiyiniz bütün dəstəklərin tarixçəsini izləmək, Uğurlu və Uğursuz əməliyyatları görmək.

2. Tezliklə istifadəyə veriləcək Yaradıcı Abunəlik proqramına qoşulmaq istəsəniz, mütləq qeydiyyatdan keçməlisiniz ki, abunəliyiniz aktiv olsun. Eyni zamanda abunə olacağınız hesablar haqqında məlumat və əməliyyatların izlənməsini də apara biləcəksiniz.

Yuxarıda qeyd olunmuş yeniliklər Yaradıcılar üçün də aktivdir. Yəni siz yaradıcı olaraq, öz panelinizdən, yalnız sizə alınan "kofe" tarixçəsi deyil, eyni zamanda Sizin kimlərə dəstək olduğunuzu və abunə olduğunuzu da görə biləcəksiniz.

Tezliklə platformada digər yenilikləri də təqdim edəcəyik. Bizi izləmədə qalın…

Other posts

Yeni simvollar və Audio xəbərdarlıqlar

Yeni simvollar və Audio xəbərd

  • 534 Views
  • 25.04.2024
  • 2 min read
Aprel ayı üçün platformada tətbiq etdiyimiz yeniliklər; yeni bəxşiş simvolları, xəbərdarlıq səsləri və sosial profillər. ...
Public
More
Twitch ilə inteqrasiya

Twitch ilə inteqrasiya

  • 590 Views
  • 19.12.2023
  • 1 min read
🔥 Nəhayət Kofe.al hesabınızı Twitch yayım hesabınıza bağlayıb, canlı yayımlardan da izləyicilərinizdən hədiyyə kofelər qazana bilərsiniz. ...
Public
More

© 2026 BONPARA MMC. Bütün hüquqlar qorunur.

  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik