
Çox uzaqlarda bir ölkə var. Həmin ölkədə günəş qırmızıya boyanır. Həmin ölkənin saysız-hesabsız ərazisində bəyaz çiçəklərlə örtülmuş ağacları görmək mümkündür. Orada duran məbədlər Toronaqa kimi hökmdarların savaşlarından sonra yüz illik sakitliyə qovuşub. Orada roninə çevrilmiş Miyamoto Musaşi yaşayıb. Məhz orada bizə “həyatı olduğu kimi qəbul edin” deyərək əbədi şəkildə dünyanı tərk edib.
Əgər mən bu həyata yenidən gəlsəydim, körpə gözlərimi məhz orada açardım. Hətta iddia edə bilərəm ki, daha öncə yaşadığım paralel bir dünyanın tarixində məhz oranın sakini olmuşam.
İnsana məxsus olan qəribə bir xüsusiyyət var. Bir şeyi dəqiq izah edə bilməsə də həmin birşeyi 100% bilir.
Yaponiya mənim 100%-dir. Oranın insanları, adətləri və ya həyat tərzi mənə yad gəlmir. Oranın səssizliyi, qəddarlıqla zərafətinin birgə rəqsi mənə yad gəlmir. Nə vaxtsa kimano geyinib Okinava küçələrində gəzdiyimə əminəm. İpəkdən olan parçanı bədənimə sarıb içində demək olarki ağır mebel olmayan tatamilərlə örtülmüş evin mərkəzində oturub mürəkkəb dolu qabdan peronu çıxarıb heroqliflərlə bəzədilmiş bir yazı yazıram. Fudziyama çiyinlərində itən qırmızı günəşə “sabah görüşərik” deyib gözlərimi yumuram.