Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Coşqun Kərimov
  • Kiçik binanın böyümüş uşaqları
    Coşqun Kərimov
  • 50 Görüntüleme
  • 17.01.2026
  • 3 dk. okuma

Kiçik binanın böyümüş uşaqları

İndi binanın özü boydayıq az qala. Amma içimizdə hər nə qədər istəsək də binanın bizə yaşatdığı hisslərdən daha böyük ola bilmirik.

Kiçik binanın böyümüş uşaqları

Səhər bir iş görüşməsinə gedirdim. Vacib görüş idi. Beynimdə danışacağım məqamları təkrar edirdim. Qarşı tərəfdə səsli şəkildə deyib-gülən 4 uşağı gördüm. Əllərində narıncı rəngli çərçivəsi olan kağızları tutmuşdular. Kağızları yaşlı bir kişiyə göstərib öz nəticələrini müzakirə edirdilər. Kağızların bir qismində "Təşəkkür", digər qismində isə "Takdir" yazılmışdı. Bu sözləri oxuyan kimi gözlərim doldu. Özümü tanıya bilmədim. Həmin 4 uşaqdan fərqim yox idi. Mənim də evdə bu rəngli kağızlardan var demək istədim. Amma üzümü belə vəziyyətdə görməsinlər deyə həmin yerdən uzaqlaşdım. Tanrının öz kalkulyatoru var. Hər şeyi elə vaxtda hesab-kitab edir ki, heç uf deməyə macal tapmırsan. 30 il əvvəl şəkildə gördüyünüz binaya daxil olub özüm kimi minlərlə uşağın gözünü tikdiyi 60 nəfərlik yer üçün imtahan verdim. Yadımdadır ki, otaqdan çıxıb pilləkənlərlə aşağı düşən zaman mistik bir səssizlik var idi. Sonra binanın əsas qapılarını açanda üstümə bir ordu valideyn şığıdı. Öz ailəm mənə sonradan qovuşa bildi. Həmin gecəni yata bilməmişdim. Görəsən necə olacaqdı? Görəsən suallara necə cavab vermişdim? Atam o binaya gedib-gəlməyə başladı. Cavabları gözləmək necə də səbr tələb edirmiş?! Bir gün kişi evə əli dolu gəldi. Salafanların içində dondurmaların konturlarını sezdim. Bir dənə də iri qutu var idi. Baş açmadım. Səssiz şəkildə dayanıb mənə baxdı. Gözlərində sevinc və fəxarət hissi var idi. Bir də ayıldım ki, kişinin qucağındayam. Tavana tərəf gedib qayıdıram. (4-cü sinifdə oxumağın incə üstünlüklərindən biri deyək.) Anam, atam, qardaşlarım və mən...ailəvi şəkildə sevindik. Bu an nadir anlardan biri olaraq qalır. Bizim ailə xronologiyasında. Qutunun içində Dendi seti var imiş. 3 qardaş sevinirik. Bir həftə çəkir 2 nəfər oynaya bilən oyunu 3 qardaş olaraq bölə bilmirik. Anam bəsdir deyib seti 9luğa göndərir. Şokdayıq. Amma ayılırıq. Yolboyu xatirələr əl çəkmir. Sonra B.T.A.L məzunlarının wp qrupunda bu şəkli paylaşırlar.) Maraqlıdır ki, facebook da bu bina kimidir. Xatirəsi əzizdir amma artıq bu binaya sadəcə qonaq kimi daxil ola bilərsən. Çünki sən həmin məktəbli deyilsən. Səni sən edən yazıları oxuyan insanlar da burada yoxdur. Hərəsi bir yerə köçüb. Hərəsi təmiz başqa bir həyat yaşayır. Elə sənin kimi onlar da böyüyüblər. Amma arada belə şəkillər, balaca uşaqlar və onların təşəkkür və təqdir sənədləri səni həmin illərə qaytarır. Təkrarolunmaz illər deyərdim. Təmiz, redaktəsiz, təbii, əyləncə və enerji dolu illərə...həyat və xəyallar dolu illərə...uşaq olanda bu bina bizə nəhəng görünürdü. İndi binanın özü boydayıq az qala. Amma içimizdə hər nə qədər istəsək də binanın bizə yaşatdığı hisslərdən daha böyük ola bilmirik.

Diğer yazılar

Dream About A Behemoth

Dream About A Behemoth

  • 82 Görüntüleme
  • 24.01.2026
  • 8 dk. okuma
Just like in “Into the Wild” story, I find myself in the midst of Alaska inside the forgotten bus and a never-ending flow of thoughts. That young man ...
Herkes
Daha fazla bilgi
Hamının Arzuladığı Hissin 10 yaşı olur!

Hamının Arzuladığı Hissin 10 y

  • 56 Görüntüleme
  • 23.01.2026
  • 1 dk. okuma
KVAN şəxsi inkişaf kitabından daha çox şəxsi təcrübə hekayəsidir. Elə bir hekayə ki, bir çoxumuzun başına gəlib, gələ bilər. Amma biz bir çox şeyi det ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.