Vərdiş yaratmağın ən qeyri-adi yolu

Duolingo “ölüm” kampaniyası.


182 baxış
27.10.2025
1 dəq oxuma

2025-ci ilin fevral ayında Duolingo (dil öyrənmə tətbiqi) sosial mediada şokedici paylaşım etdi:

“Duo is gone.”
(“Duo getdi.”)

Brendin məşhur yaşıl bayquş maskotu Duonun “öldüyü” elan olundu.
Duolingo-nun bütün sosial media hesabları qara fonda, matəm ab-havasında dəyişdirildi.
Tətbiqdə belə bildirişlər göründü:

“Duo sizi tərk etdi… dərslərinizi çoxdan atdınız.”

İnternet partladı. Twitter (X), TikTok və Instagram-da istifadəçilər maskot üçün “matəm postları”, “memlər” və “RIP Duo” heşteqləri paylaşmağa başladılar.

Gedişat

3 gün sonra Duolingo yeni bir video paylaşdı:
Duo qəfildən “dirilir” və deyir:

“Mən ölməmişdim, sadəcə siz tənbəllik etdiniz.” 😎

Video-nun sonunda yazı belə idi:

“Learn or mourn.”
(“Ya öyrən, ya da peşman ol.”)

Kampaniyanın məqsədi

Duolingo illərdir istifadəçiləri dil öyrənmə seriyasını (streak) qorumağa təşviq edən bildirişləri ilə tanınır.
Amma 2025-də bu vərdiş zəifləməyə başlayanda, brend tənbeh və motivasiyanı birləşdirən emosional “sarsıdıcı” təcrübə yaratmaq istədi.

Əsas məqsəd:

Passiv istifadəçiləri yenidən aktivləşdirmək.

“FOMO” (fear of missing out) hissi yaratmaq.

Brendin mədəniyyətini “fun + ironik + sərt müəllim” imici ilə yenidən xatırlatmaq.