Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Gunay
  • Tanışlıq. Bu mənəm...
    Gunay
  • 4 Görüntüleme
  • 09.02.2026
  • 1 dk. okuma

Tanışlıq. Bu mənəm...

35 yaşa kimi düşünmüsən ki, xoşbəxtlik var olan bir şeydir. Bunu hələki sən tapmamısan və daim axtarışdasan.35 il bir igidin ömrü necə deyərlər. Sonra ayılırsan ki, yoox axtardığın o deyil. Nədirsə əllə tutulan, gözlə görülən şey deyil bu axtardığın. Daxili təlaş və bitməyən sıxıntı... Mən Gemayzeh. 35 yaş. Təhsilinə zaman ayırmış, var ola bilmək üçün sözün əls mənasında gecəsini gündüzünə qatmış və 35 ilini məhv etmiş biri. Bəli bəli. Məhv. Çoxumuz elə məhv olmuş haldayıq. Fikirdən fikirə atlamaq))) beynimdə eynən bu cürdür. Qarışıq dolaşıq)))

Tanışlıq. Bu mənəm...

Mən yazıçı deyiləm. Günə 1 kitab da bitirmirəm. Yazıb kitab çıxarmaq da fikrim yoxdur. Alim alim danışıb o möhtəşəm uğur hekayələrini də anlatmaq mənlik deyil. Hə, burdayam. İçimi heç tanımadığım insanlara töküb, sən də mənim kimisən demək üçün. Qorxma, tək deyilsən demək üçün. Az maaş almaq, ailə qura bilməmək, qurub boşanmaq, aldatmaq, aldanmaq, işsiz qalmaq və bu kimi sıxıntıların üçündə sən tək deyilsən. Mən də varam. Biz də varıq.

Bəzən qabığından sıyrılıb çıxmağa çalışan bir kərtənkələ kimi hiss edirəm. Çalışıram, soyuram o köhnə qabıqlarımı, bir bilsən necə ağrıyır canım… Amma bilirəm bu çırpınışların bir sonu var bunu ürəkdən hiss edirəm.

Əgər burdasansa və oxuyursansa bu cümlələri məndən özünə fayda gözləmə, amma yanında bir dost olduğunu hiss et. Çünki, mən burdayam və yenə gələcəyəm. Növbəti yazımda özümdən bəhs edib bu yaşa kimi necə var olduğumdan danışacam. Həmdə 75 manat ilk maaşım və saf gəlinlik xəyallarım ilə))) 15 il əvvəldən başlayacağıq.

 

 

Diğer yazılar

kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2026, bir BONPARA projesi. Tüm hakları saklıdır.