Darıxmaq necə olur?

Darıxmaq tək olmur. Hissə-hissə darıxarsan.


390 baxış
13.04.2025
1 dəq oxuma

Ulduzlu gecələrdə par-par yanan ulduzları izləyərək darıxarsan.

 

Bəzən yağan yağışdan sonra ətrafa yayılan torpaq qoxusu ciyərlərinə yayılar, yenə darıxarsan. 

Əllərin qoynunda, gözlərin yollarda darıxar…

İşi-gücü  qan ötürmək olan ürək belə darıxar.

Divardakı saat belə darıxar... 

Kim bilir?!

Bəlkə də gözlədiyi var ona görə dayanmadan fırlanar…

Əqrəbləri bir-birini qovaladıqca ötüb keçən zaman da darıxar.

Gəlişini gözləyərək uzaqlara dalıb yol çəkən şehli gözlər də darıxar…

O qədər arzular var ki, artıq köksümdə səbr etməyi bacarmayan…

İndi mən sənə ən gözəl darıxmaqları buraxıram ərmağan.ğ

Dilya©va