İlham Əliyevin Yüksək Təhlükəsiz Avtomobili

🗣️ Saaalaaamm . Ümumiyyətlə istəyirəm ki , bloqumda mənə maraqlı olan məlumatları bölüşüm. Həm də faydalı olsun. İndi yazacağım mətnin sizə nə qədər faydalı olacağını hesablamadım düzü. Amma mənə şəxsən çox maraqlı idi.


830 baxış
23.03.2024
1 dəq oxuma


🚙İlham Əliyevin Yüksək Təhlükəsiz Avtomobili

Bu avtomobilin adı Mersedes Maybach S600-dür.  Aztv izləyərsinizsə bu modeli tanımamış olmazsız. Çünki, prezident İlham Əliyevin ən çox üstünlük verdiyi maşın  elə Maybach S600-dür. Avtomobilin hazırki qiyməti 6 milyon manatdır. Onu bu qədər qiymətli edən xüsusiyyət isə maksimum təhlükəsiz olmasıdır. Belə ki, bu maşının şüşələrindən tutmuş, təkərlərinə, hətta işıq lampalarına qədər hər bir detalı güllə keçirməzdir. Salonda sürücü ilə sərnişin hissəsini ayıran xüsusi polad arakəsmə quraşdırılmışdır. Maşına yüzlərlə güllə, raket, qumbara belə atılsa çox cüzi zərərdən başqa heç bir təsiri olmayacaqdır. Bu arada avtomobil modelindən İlham Əliyevdən başqa Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları da istifadə edir.