Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Tarverdiyeva Meryem
  • ✍️Yazıların SEHRİ🪽
    Tarverdiyeva Meryem
  • 244 Görüntüleme
  • 03.03.2025
  • 3 dk. okuma

✍️Yazıların SEHRİ🪽

Yazılar🪽 həyatlar qurtaran xilasedici olaraq sahibsiz həyatlara məna verir. Yazarlıq mənasız fikirlərdə belə mənasızlığın məna çalarını tapmağa oxucunu təşviq edir. Yazmaq yaradıcılığın ən ali və toxunulmaz zirvəsidir. Yazar olunmur, doğulur 🤌

✍️Yazıların SEHRİ🪽

       Sehirli lampa, sehirli xalat, sehirli söz, sehirli iksir olduğu kimi sehirli yazıların da sayı az deyil. Yazı yazmaq sadəcə əlləri qələm tutan insanların ağlından keçənləri ifadə etməsi deyil. Yazılar  yaşantılara yönəlik, hisslərə toxunan , həyatı sorğulamağa sövq edən ifadələrin mövqeyini tapmağa kömək edən fikirlər toplusudur. Yazar  olmaq- yazarkən üzülən, sevinən, təəccüblənən insanların özlərinə oxşayan insanlarla yollarının kəsişməsidir. Yazarlıq imkansızları imkana çevirən, mücərrədi konkret obraza bürüyən, sözləri musiqi notalarının ardıcıllığıyla düzən düşüncələrin cəmidir.                    Mühəndislər evləri, yazarlarsa sözləri tikərək bir bina inşa edirlər.  Mühəndislərin hər büdcəyə uyğun evlər tikdiyi kimi, yazarların da hər qəlbə toxunan xüsusi yazı üslubları vardır. Yazmaq yaratmaq yaşamaq feillərinin bir araya gəlib üçbucaq yaratmasıdır yazar olmaq.         Qırılan boyunbağılar kimi, sınan ümidləri ifadə edən yazılar oxucuları  yazara bir addım daha yaxınlaşdırır. Közərən arzuların işığında samovar çayının tüstüsüylə ulduzları müşayət etməyə bənzəyir yazar olmaq. Göyə qalxan qılıncların havada bir-biriylə dalaşması kimi hər yazı da bir digərindən daha yaxşı olmaqçün çalışır. Qoyulan qaydalardan, verilən qadağalardan kənara çıxmağı tələb edir yazar olmaq. Kəsən söz qılıncıyla vuran qəlb qılıncını bir arada hərəkətə keçirən yazıların müəllifi olmağı bacarmaq böyük hünərdir. Hər yazarın istədiyi ən önəmli şeylərdən biri:  Gözlərin axtarışa çıxdığı hər yerdə yazarların yazılarına rastlamasıdır. Ən böyük qələbə gözlərdəki sevgi qıvılcımlarını və parlaqlığı oyandıranda qazanılır. Yazılar ruha xitab edən, cismə bəyan edən həqiqətlərin diqqətə alınmasıdır. Hər evin çırağı  olduğu kimi, yazarın da yazılarına çıraq tutan onu sevərək oxuyan oxuyucularının olmasıdır.             Şamın  əriyərək tərk etdiyi bədəninin yenidən alovlanması kimi, bəzi  oxuyucular bir gün sevmədiyi yazarların yazılarıyla birləşə bilirlər.  Oxucu olmaq yazarın dilindən hekayələrin cərəyan istiqamətini izləmək deməkdir. Oxuyucunun gücü altından xətt çəkdiyi cümlələri beyninə həkk edərək  üstündən xətt çəkməyi öyrənməsində gizlidir. Oxuyucu yazarların təkcə dəstək verən qüvvəsi deyil, həm də onları təkminləşdirən aparıcı qüvvələrdir.  Oxuyucunun dilindən yazarlıq-Hər fəsili bir kitabda yaşayan mövsüm dəyişkənliyini xatırladır insana. Qurulan bütün mənalı cümlələrin,  yığılan bütün hikmətli sözlərin ardında yazarın deyilməmiş düşüncələri yatır. Yazıların keşiyində yazarların fikir izləri, oxuyucuların məmnuniyyət hissləri dayanır. Bir sözlə yazarlıq- Dağıdılan iradənin, yeridilən qərarların, qandallanan sərhədlərin ötəsinə keçən bələdçidir.🧠✌️❤️‍🩹

Diğer yazılar

Kiçik uğursuzluqlardan🧩 böyük QƏLƏBƏLƏRƏ🏆

Kiçik uğursuzluqlardan🧩 böyük

  • 41 Görüntüleme
  • 30.06.2025
  • 4 dk. okuma
Əslində həyat uğursuzluqdan uğura gedən yol kimi görünə bilər. Oysa uğursuzluq uzunmüddətli məyusluq uğursa ani xoşbəxtlikdən başqa bir şey deyil. Mən ...
Herkes
Daha fazla bilgi
⁉️ NİYƏLƏRDƏN NECƏLƏRƏ ⁉️

⁉️ NİYƏLƏRDƏN NECƏLƏRƏ ⁉️

  • 69 Görüntüleme
  • 19.06.2025
  • 4 dk. okuma
Niyələrlə dolu suallarla yaşayan bir qız gün gəlir bütün şikayətlənmələrinin səsini kəsir. Artıq şikayət qapısının təmirə ehtiyacı yoxdur, çünki külək ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.