Sevdiğin işi yap, izleyicilerinden destek kazan!
Doğru zamanda verilən düzgün istiqamətin hər şeyi dəyişə biləcəyinə inanırıq.
Violette Mentorluq Proqramı 2020-ci ildə sakit bir fikir kimi 15-25 yaş arası imkanları məhdud olan qızların da başqalarının təbii qəbul etdiyi istiqamətə çıxış haqqı olduğuna inamla yarandı. 2023-cü ilin aprelində qapılarımızı ictimaiyyətə açdıq və cəmi altı ay ərzində 15 nəfərlik icmamız səkkiz dəfədən çox böyüdü. Bu gün isə artıq 200-dən çoxuq və hər gün böyüməyə davam edirik.
Biz gənc qadınların həyatlarının ən vacib qərarlarını verərkən yanındayıq: doğru ixtisas seçimində (9-11-ci sinifdə oxuyan şagirdlər), karyera planlamasında, xaricdə təhsil imkanlarını araşdıranda və ya sahibkarlığa ilk addımlarını atanda. Çünki təhsil almış, güclənmiş bir qız yalnız öz gələcəyini dəyişmir, o, ətrafındakı dünyanı da dəyişir.
Hər bir mentini arxasında hər həftə bu işə vaxt ayıran peşəkar və güclü qadınlar dayanır: 85 mentor, 3 psixoloq, 3 ingilis dili müəllimi və bu sistemi ayaqda saxlayan 13 nəfərlik komanda. 49 məzunumuz bunun mümkün olduğunu artıq sübut edib, 33 aktiv mentimiz isə öz hekayəsini hal-hazırda yazır.
“Sizin dəstəyiniz haradasa bir gənc qadının heç vaxt sahib olacağını düşünmədiyi mentorunu tapması və həmişə layiq olduğu gələcəyə bir addım daha yaxınlaşması deməkdir.”
Aldığınız hər bir fincan qəhvə bu icmanın pulsuz, əlçatan və davamlı böyüməsinə kömək edir. Bu hekayənin bir parçası olduğunuz üçün təşəkkür edirik. 💜
Copyright © 2026 Violette Mentorluq. Tüm hakları saklıdır.
Qızlar qızlara dəstəkdir