Sevdiğin işi yap, izleyicilerinden destek kazan!
Tariyel Ağazadə - 5 ilə yaxındır ki, startap, innovasiya və texnoloji media sahəsində fəaliyyət göstərir. 2018-ci ildə Webspace adlı ilk tech media şirkətini qurub və ASAN İnnovasiya Mərkəzinə satıb (exit edib). Daha sonra fəaliyyətin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində İnnovasiya Proqram Meneceri olaraq davam etdirib. 100-dən çox startapa mentorluq dəstəyi verib, 50-dən çox müxtəlif yerli və beynəlxalq innovasiya tədbirləri təşkil edib.Techstars, Startup Grind, Slack, Fuckup Nights və digər beynəlxalq şirkətlərinin Azərbaycanda icma nümayəndəsi olub.
Tariyelin professional fəaliyyətinin bir hissəsi dünyanın 10-dan çox ölkəsində fəaliyyət göstərən maliyyə texnologiyaları şirkəti Paymes (Paytabs)-da keçib.Onun qurduğu media şirkətlər arasında Tedroid.com texnologiya, Carlifestyle.baku avtomobil mediası kimi brendlər və öz şəxsi texnologiya bloqu vardır.
Tariyel Ağazadə, ABŞ-da, Silikon Vadisində qurulmuş Azərbaycan İnnovasiya Evi, Beynəlxalq Covid-19 hakatonu kimi bir çox ölkə əhəmiyyətli beynəlxalq layihələrin layihə meneceri olub.Hal-hazırda Kapital Bankda İnnovasiya Proqramı Rəhbəri vəzifəsində çalışır.
Copyright © 2024 Tariyel Ağazadə. Tüm hakları saklıdır.