Sevdiğin işi yap, izleyicilerinden destek kazan!
Mən Samir Həbibov, BDU SABAH qruplarında Kompüter Elmləri üzrə təhsil alıram. Backend istiqamətində ixtisaslaşmışam və ASP.NET Core, C#, EF Core, PostgreSQL/MSSQL kimi texnologiyalarla layihələr hazırlayıram. Bununla yanaşı, frontend sahəsində də özümü inkişaf etdirir, React.js ilə tam funksional interfeyslər qururam.
Texnologiya, süni intellekt, oyun sənayesi, kino və anime analizləri ilə maraqlanıram. Eyni zamanda startap düşüncəsinə sahibəm və müxtəlif innovativ layihələr üzərində işləyirəm.
Hazırda rəhbəri olduğum Aevic Esports layihəsi Azərbaycanda e-sport mədəniyyətini inkişaf etdirməyi hədəfləyən modern bir təşəbbüsdür. Layihənin məqsədi keyfiyyətli turnirlər təşkil etmək, oyunçulara rəqabətli və ədalətli mühit yaratmaq, e-sport icmasını gücləndirmək və gənclər üçün yeni imkanlar açmaqdır. Aevic Esports həm offline, həm də online icma dəstəyi ilə oyunçulara daha əlaqəli və interaktiv təcrübə təqdim etməyi planlaşdırır.
Copyright © 2025 Habibov Samir. Tüm hakları saklıdır.
Buyur ürəyim