Mammad Karimli

Mammad Karimli

Backend developer, ICT & Robotics Teacher
  • 0 Hayran
Mammad Karimli için kofe satın al
Bu mesajı özel yap

Bir dəfəyə max. dəstək 200 ₼200 kofe

Mammad Karimli
Backend developer, ICT & Robotics Teacher

Mən Məmməd Kərimli.

Həyatımın böyük bir hissəsi iki sahənin ətrafında formalaşıb: təhsil və texnologiya. Bir tərəfdə insan yetişdirmək, öyrətmək və istiqamət göstərmək; digər tərəfdə isə kod, sistemlər, ideyalar və problemi həll etməyin zövqü.

Bu illər ərzində Hədəf STEAM Liseyi, International Maarif Schools Azerbaijan, Fintlabs, Lucid və başqa qurumlarda fərqli mühitlərdə çalışmaq imkanı qazanmışam. Hər təcrübə mənə yeni baxış, yeni bacarıq və yeni insan hekayələri qazandırıb.

Proqramlaşdırma mənim üçün sadəcə ekranda yazılan kodlardan ibarət deyil. C, C++, Python, JavaScript və TypeScript mənə düşünməyi, qurmağı, səhv etməyi və yenidən daha yaxşısını yaratmağı öyrədən dillərdir.

İşdən kənarda isə həyatımın ritmini musiqi və idman tamamlayır. Futbol oynamağı, gitar, piano, kalimba, blok flüt və qarmon ifa etməyi sevirəm. Çünki məncə insan həm düşünməli, həm yaratmalı, həm də hiss etməyi bacarmalıdır.

Ən böyük məqsədim isə sadədir: bildiklərimi paylaşmaq, gənclərə yol açmaq və vətənə, millətə faydalı insanlar yetişdirmək.